24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Elnur Cəfərov: “Yaponlarla oyunda vuruşub, qələbə qazanmaq lazımdı”

“Yaponiya ötən ilin çempionudu. Bu il isə 1997-ci il təvəllüdlü uşaqları gəlib. Rəqiblə vuruşub, qələbə qazanmaq lazımdı”. Futbolxeber.az saytının Sankt-Peterburqa ezam olunmuş əməkdaşına verdiyi açıqlamada bu sözləri U-19 millimizin üzvü Elnur Cəfərov deyib.

“Xəzər Lənkəran”ın futbolçusu Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirin ilk turunda Yaponiyaya qarşı keçiriləcək oyun haqda danışıb. Cəfərov qələbəyə oynayacaqlarını bildirib: “Bu gün oyunöncəsi son məşqimizi etdik, meydan ağır idi. Həm də üstü örtülüdü deyə, nəfəs almaq çətindi. Hər halda biz qələbə üçün oynayacağıq. Baş məşqçimizin tapşırığına əsasən ötürmələrə daha çox üstünlük veririk”.

Elnur Cəfərov yarışın qalibi olacaqlarını da istisna etməyib: “Çemponluğa da oynamaq olar. Bu komanda ilə çempionluğa oynamağımız mümkündür. Komandamızın üzvləri təcrübə toplamış oyunçulardı. Komandada əhval-ruhiyyə baxımından hər şey qaydasındadı”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30