29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Xəzər Lənkəran”ın 10 illik tarixi ərzindəki ən yaxşı “11-liy”i müəyyənləşdi

"Xəzər Lənkəran" Futbol Klubu və İdman Araşdırmalar Mərkəzi (İAM) klubun 10 illik yubileyinə həsr olunmuş daha bir layihəni yekunlaşdırıb. Futbolxeber.az-ın məlumatına görə, bu dəfə İAM klubun tarixi ərzində ən yaxşı yerli futbolçusunu, legionerini və simvolik komandasını seçib.

Bu məqsədlə ölkəmizin aparıcı KİV-lərində çalışan idman jurnalistləri arasında sorğu keçirilib. Respondentlərə İAM-ın Ekspert və Qiymətləndirmə Qrupunun müəyyənləşdirdiyi 33 namizəd futbolçu arasından seçim aparmaları təklif olunub.

Həmin oyunçulardan 3-ü qapıçı, hərəyə 12-si müdafiəçi və yarımmüdafiəçi, 6-sı isə hücumçudur. Həmkarlarımız bu siyahıdan ən yaxşı yerli və əcnəbi futbolçunu, eləcə də 1-4-4-2 taktiki sxeminə uyğun olan oyunçuları seçiblər.

Simvolik komanda:

I. Qapıçı (1): Kamran Ağayev (32 səs)

II. Mərkəz müdafiəçiləri (2): Adrian Skarlatake (30), Elvin Begiri (13)

III. Sağ cinah müdafiəçisi (1): Füzuli Məmmədov (25)

IV. Sol cinah müdafiəçisi (1): Radomir Todorov (15)

V. Dayaq yarımmüdafiəçisi (1): Rahid Əmirquliyev (29)

VI. Mərkəz yarımmüdafiəçisi (1): Mario Souza (18)

VII. Sağ cinah yarımmüdafiəçisi (1): Julius Vobay (17)

VIII. Sol cinah yarımmüdafiəçisi (1): Adrian Pit (22)

IX. Hücumçular (2): Zaur Ramazanov (29), Oqtay Dərəlioğlu (14)

X. Ən yaxşı yerli futbolçu - Rahid Əmirquliyev (14)

XI. Ən yaxşı legioneri - Oqtay Dərəlioğlu (11)

Qeyd edək ki, sorğuya elə namizədlərin sayı qədər - 33 respondent qatılıb.

 


lankaranfc.com


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31