19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Millimiz Şotlandiya ilə qarşılaşacaq

Azərbaycan millisinin 2015-ci ildə keçirəcəyi yoxlama oyunlarındakı rəqiblərindən biri böyük ölçüdə müəyyənləşib. Futbolxeber.az-ın məlumatına görə, xorvatiyalı mütəxəssis Robert Prosineçkinin rəhbərlik etdiyi komandamız Şotlandiya ilə qarşılaşacaq.

Həmin görüş iyunun 8-də və ya 9-da Böyük Britaniya təmsilçisinin meydanında keçiriləcək. Qarşılaşmada məqsəd həmin ayın 12-də Norveçlə AVRO-2016-nın seçmə oyununa hazırlıq xarakteri daşıyır.

Yığmamızın məşqçilər korpusu Skandinaviya səfəri öncəsi rəqib meydanında və oxşar oyun üslubuna malik komanda ilə görüşməyi məqsədəuyğun sayıb. Lakin matçın keçiriləcəyi stadion və tarix tam dəqiqləşməyib.

Bu, millimizin tarixinə Şotlandiya yığması ilə ilk oyun kimi düşəcək. Çünki komandamız 22 illik tarixində bu rəqiblə görüşməyib.

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu isə xəbəri təkzib edib. O bildirib ki, Şotlandiya ilə matçın keçirilməsi ilə bağlı hər hansı məlumata malik deyil (Apasport.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30