29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Millimizin qapıçılarla işləyən məşqçisi: “Səlahət bu gün Kamrandan üstündü”

“Qəbələ” - “İnter” oyununda hər iki qapıçı pis təsir bağışlamadı. Amma müəyyən dərəcə həm Səlahət Ağayevin, həm də Kamran Ağayevin səhvləri oldu”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri milli komandamızın qapıçılarla işləyən məşqçisi Faiq Əzizov deyib.

Premyer Liqanın 18-ci turu çərçivəsində keçirilən “Qəbələ” - “İnter” matçını (1:1) canlı olaraq stadiondan izləyən Əzizov, buraxılan qolda hər iki qapıçının səhvə yol verdiyini qeyd edib: “Nə qədər inamlı görünsələr də, həm Səlahətin, həm də Kamranın buraxılan qolda səhvləri oldu. Kamran kobud səhvə yol verdi. Səlahət isə düzgün reaksiya göstərmədi. Əgər, o topu qarşısına yox, küncə çıxarsaydı, qol olmazdı”.

Veteran qolkiper bu gün 2 qapıçıdan hansının daha yaxşı formada olması haqda da danışıb: “Hazırda Səlahət Kamrandan daha üstündü. Ən azından hazırlığına görə. Ola bilər ki, Kamranın hansısa psixoloji problemi var. Bildiyiniz kimi, bu posta təzə təyinat almışam. Bütün məsələləri araşdıracağam”.

Faiq Əzizov vurğulayıb ki, istənilən qapıçı gələcəkdə millinin  1 nömrəsi ola bilər: “Millinin qapısını ya Səlahət Ağayev, ya da Kamran Ağayev qoruya bilər” fikri düzgün deyil. Hazırda bizim Emil Balayev kimi gənc və perspektivli qapıçımız var. Onu da unutmaq olmaz. Ümumiyyətlə, millinin qapısı istənilən futbolçunun üzünə açıqdı. Digər klublarla oynayan təcrübəli qapıçıları da unutmaq olmaz. İndi çempionatda fasilə yaranır. Yanvarın 30-da çempionat bərpa olacaq. Həmin vaxtdan da oyunları izləyəcəyik. Marta kimi vaxt var. Kim bu müddətdə özünü yaxşı tərəfdən göstərsə, həmin futbolçular da martda millinin düşərgəsinə dəvət alacaqlar”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31