29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Elvin Məmmədov: “Qəbələ”yə qalib gəlsək...”

“İnter”in yarımmüdafiəçisi Elvin Məmmədov Futbolxeber.az saytına müsahibə verib.

- Son turda “Neftçi” üzərində qazandığınız qələbə haqda nə deyə bilərsən?

- Oyun maraqlı alındı. Həmin oyunda 3 xal qazanmaq bizim üçün çox vacib idi. Hesabı rəqib açsa da, qələbə qazana bildik.

- İkinci hissədə “İnter”in oyunda dönüş yarada bilməsinin səbəbini nədə görürsən?

- Baş məşqçimiz fasilədə öz iradlarını bildirdi, səhvlərimizi diqqətə çatdırdı. Dedi ki, özünüzə inanın, mübarizə aparın, qələbə qazanacaqsınız.

- Kaxaber Tsxadadze konkret olaraq futbolçulara nə dedi?

- Dedi ki, irəlidə topu özümüzdə çox saxlamalıyıq. Eyni zamanda cinah ötürmələrindən də daha çox istifadə etməli olduğumuzu vurğuladı.

- İkinci hissədə əvəzlənməyin nə ilə bağlı idi?

- Bu, baş məşqçinin qərarıdı. Ola bilsin taktiki gedişlə bağlı idi. Amma onun bu əvəzetməsi özünü doğrultdu.

 - “İnter” bu qələbə sayəsində ikinci pilləyə yüksəldi. Demək olarmı ki, hazırkı məqamda çempionluq mübarizəsində “Qarabağ”ın əsas rəqibi elə “İnter”di?

- “Neftçi” də zəif deyil. Onlar bizdən öndə idilər. Rəqiblərimizin xal itirəcəyini gözləyirdik. Əsas odur ki, özümüz qələbə qazanaq.

- Bəzi epizodlarda hakimlərdən narazı qaldınız...

- Hakimliklə bağlı heç nə demək istəmirəm. Əliyar Ağayev kifayət qədər tanınmış referidi. Özünə hörmət edən insan heç vaxt ciddi səhvə yol verməz. Hər şeyi normal qarşılayıram. Ola bilsin, hansısa epizodu görməyə bilər. O da insandı.

- “Neftçi”nin futbolçularının sona yaxın sərt oynamalarının səbəbini nədə görürsən?

- Bu, normaldı. Uduzan komanda həmişə sərt oynayır.

- Bu gün “Qəbələ” ilə qarşılaşacaqsınız. Bu oyun barədə nə düşünürsən?

- Vacib qarşılaşmadı. Bu matçda qələbə qazansaq, həm ikinci pillədə möhkəmlənəcəyik, həm də “Qarabağ”la xal fərqinin artmasına imkan verməyəcəyik.

- Millinin yeni baş məşqçisi Robert Prosineçki də mütəmdi olaraq oyunları izləyir. Bu məqam özünüzü daha yaxşı tərəfdən göstərməyinizə təsir edir?

- Əlbəttə, təsir edir. Bizim üçün yeni baş məşqçi yeni səhifədi. Mən də hər şeyə sıfırdan başlayıram. İki ilə yaxındı ki, millidə daim oynamıram. Ara-sıra çağırılsam da, sabitlik yoxdu. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31