28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Arif Əsədov: “Böyük işlər görmək istəyiriksə, 1 futbolçunun üzərinə bu qədər yük düşməməlidir”

“Neftçi”nin baş məşqçisi Arif Əsədov Futbolxeber.az saytına müsahibə verib.

- Sabah Premyer Liqada 18-ci turun oyunları keçiriləcək. Lakin “Neftçi” üçün ilk 2 dövrə başa çatıb. Geridə qalan müddətdə komandanızın oyununu necə dəyərləndirə bilərsiz?

- Mən komandaya 4 turdan sonra gəlmişdim. Mən gələnə kimi “Neftçi” artıq 3 oyun keçirmişdi. Ümumi götürsək, geridə qalan müddətdə qeydə alınan nəticələr heç də pis deyil. Minimum vəzifənin öhdəsindən gəlmişik. Bu gün “Qarabağ” və “İnter”dən geri qalırıq. Amma nəzərə almaq lazımdır ki, bu iki komandada baş məşqçilər uzun illərdi iş başındadırlar. Bu amilə görə hazırda tutduğumuz yeri qənaətbəxş hesab edirəm. Düzdür, bəzi oyunlarda lazım olmayan xallar itirdik. Bunun da səbəbləri var. Heyətlə bağlı bəzən sıxıntı yaşayırıq. Xüsusən də legioner limitinə görə. İndi qarşıdan fasilə gəlir. Bu dönəmdən səmərəli yararlanmalıyıq. Lazımı mövqelərə transferlər etməliyik. İnanıram ki, ilk 2 dövrədə itirdiyimiz xalları qarşıdakı 2 dövrədə bərpa edəcəyik.

- Son turda “Neftçi” “İnter”ə uduzdu. Oyundan sonra həm siz, həm də futbolçularınız ikinci hissədə rəqibin üstünlüyü ələ alaraq, oyunun gedişatını dəyişdini qeyd etdilər. Rəqibin cavab qolundan sonra siz də oyunda nəyisə dəyişə bilməzdiniz?

- Oyunun gedişatını məşqçi necə dəyişir? Müdaxilə ilə. Bu isə meydana yeni oyunçu buraxmaqdı. Rəqib məhz iki əvəzetmə sayəsində üstünlüyü ələ aldı. Elə ilk hissədə də mən hansı nöqtələrimizin zəif olduğunu görürdüm. Amma problem o idi ki, əlimizin altında lazımı oyunçular yox idi. Əsas çətinliyimiz müdafiə xətti ilə bağlı idi. Çünki nə sol, nə də sağ cinah müdafiəçimiz var idi. Məcburiyyətdən Denis Silvanı sağda, Erik Ramosu isə solda sınayırdıq. Hesabda geri düşdükdən sonra isə risq alıb, 3 müdafiəçi ilə oynadıq ki, nəticəni dəyişək. Amma alınmadı. Heç cür oyunu xilas edə bilmədik.

- Son turlarda Flavinyo istənilən oyunu sərgiləyə bilmir. Futbolçu özü də qeyd edib ki, artıq əvvəlki yaşda deyil. Sizcə, Flavinyo gələcəkdə “Neftçi”yə xeyir verə biləcək?

- Mən hələ komandaya qayıdanda Flavinyonun müəyyən problemləri var idi. Zədəli olduğundan tam hazırlıq keçə bilməmişdi. Özü də başa düşür ki, 5 il əvvəlki formada deyil. Amma Flavinyo kapitan kimi çalışır, meydanda komandasına kömək olmaq üçün əlindən gələni edir. O başqa söhbətdi ki, bəzən oyunu alınır, bəzən yox. Əsas odur ki, bütün gücünü meydanda qoyur. Onun çıxışı məni qane edir.

- Qeyd etdiniz ki, limitlə bağlı problem yaşayırsız. Buna görə də düşünmək olar ki, qış fasiləsində əsasən yerli futbolçuları transfer etməyə çalışacaqsınız?

- Düz qeyd etdiz. Əsasən yerli oyunçuların transferi üçün çalışacağıq. Hər mövqedə 2 futbolçunun olmasını istəyirəm. Bu halda futbolçuların üzərinə yük də düşməz. Götürək Mirhüseyn Seyidovu. Onun çıxışı məni tam qane edir. Amma bəzən elə olur ki, Mirhüseyn ard-arda 3 oyunda 90 dəqiqə oynayır. Həftəarası oyunlar da olanda, artıq Seyidovun yorulduğu hiss olunur. Bu da normaldı. Amma sərəncamımda futbolçu olsa, hansısa oyunda Seyidovu 60-cı dəqiqədən sonra əvəzləyərəm. Bu halda həm dincələr, həm də növbəti oyuna daha yaxşı hazırlaşar. Böyük işlər görmək istəyiriksə, 1 futbolçunun üzərinə bu qədər yük düşməməlidir.

- Hazırda danışıq apardığınız futbolçular var?

- Klub rəhbərliyi ilə bütün detalları müzakirə etmişik. Hazırda axtarışlarımız davam edir. Hələ ki konkret bir namizəd yoxdur.

- Mətbuatda Rəhman Hacıyevin “Neftçi”yə keçəcəyi haqda xəbərlər dolaşır...

- Dediyim kimi, indidən hansısa ad çəkə bilmərəm. Transfer pəncərəsi yaxınlaşdıqca müxtəlif adların çəkilməsi normal haldı.

- Amma əksər hallarda baş məşqçiyə marağında olmayan futbolçu ilə bağlı sual verəndə, dərhal bunu təkzib edir. Siz isə Rəhmanla bağlı suala eyni reaksiyanı vermədiniz...

- Mənə bir çox futbolçularla bağlı suallar verilir. Həmin oyunçu bizim maraq dairəmizdə olsa da, olmasa da, buna qəti cavab vermirəm. Yalnız onu deyim ki, biz mətbuatda adı çəkilən və çəkilməyən futbolçularla maraqlanırıq.

- Emil Balayevin gedişindən sonra Aqil Məmmədovu transfer etdiniz. “Neftçi” qışda qapıdan başqa bütün xətləri gücləndirməyə çalışacaq?

- Emilin getsə də, Saşa Stamenkoviç komandadadır. O da “Neftçi”nin əsas qapıçılarından hesab olunur. Amma limitlə bağlı problemlər yaşadığımızdan mütləq yerli qapıçıya ehtiyac duyurduq. Belədə azag agent kimi Aqili heyətə cəlb etdik. Demək olmaz ki, qapıdan başqa bütün mövqeləri gücləndirməliyik. Çünki elə mövqelər var ki, orada yeni futbolçuya ehtiyac duymuruq. Yarımmüdafiənin hər iki cinahını nümunə göstərmək olar. İlk növbədə müdafiənin cinahlarını gücləndirməliyik.

- Hazırlıq prosesi zamanı yoxlama oyunlarında qarşılaşacağınız rəqiblərin adları bəllidir?

- Təlim-məşq toplanışı zamanı 6 yoxlama oyunu keçirəcəyik. Oyunların sayı bəlli olsa da, rəqiblərin adları hələ ki qeyri-müəyyəndir.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31