19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

AFFA “Neftçi” və “İnter”in müraciətini geri çevirdi

AFFA-nın Apellyasiya və Ekspert Komitəsi iclas keçirilib. Futbolxeber.az-ın məlumatına görə, iclasda “Neftçi” PFK (Elnur Allahverdiyevin cəzasının yüngülləşdirilməsi), “İnter” PİK (Kaxaber Tsxadadzenin cəzasının ləğv olunması), “Araz-Naxçıvan” Futzal klubu (Rəcəb Fərəczadənin cəzasının yüngülləşdirilməsi) və “Fənər” Futzal Klubu (Dmitri Komenko və Yevgeni Valenkonun cəzalarının yüngülləşdirilməsi) tərəfindən daxil olmuş müraciətlərə baxılıb. Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. “Neftçi” PFK-nın futbolçusu barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvəsində saxlanılsın.

2. “İnter” PİK-in baş məşqçisi Kaxaber Tsxadadze barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvəsində saxlanılsın.

3. “Araz-Naxçıvan” futzal komandasının futbolçusu Rəcəb Fərəczadə barədə barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qismən dəyişdirilsin. Rəcəb Fərəczadə intizam tədbiri olaraq 2 oyunluq kənarlaşdırılsın, digər 2 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti təyin olunmaqla azad olunsun. 6 aylıq sınaq müddəti ərzində Rəcəb Fərəczadə analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.

4. “Fənər” futzal komandasının futbolçusu Yevgeni Valenko barədə barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qismən dəyişdirilsin. Yevgeni Valenko intizam tədbiri olaraq 2 oyunluq kənarlaşdırılsın, digər 1 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti təyin olunmaqla azad olunsun. 6 aylıq sınaq müddəti ərzində Yevgeni Valenko analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.

5. “Fənər” futzal komandasının futbolçusu Dmitri Komenko barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qismən dəyişdirilsin. Futbolçu Dmitri Komenko intizam tədbiri olaraq 2 oyunluq kənarlaşdırılsın, digər 2 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti təyin olunmaqla azad olunsun. 6 aylıq sınaq müddəti ərzində Dmitri Komenko analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.

 


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30