19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Neftçi”dən Uşaq Futbol məktəbinə yeni il hədiyyəsi

“Bayıl Arena” da “Neftçi” PFK rəhbərliyinin və klubun uşaq və gənclər futbol bölməsinin məşqçilərinin iştirakı ilə növbəti görüş keçirilib. Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə “Neftçi” PFK-nın vitse-prezidenti Elnur Məmmədov, icraçı direktor Mübariz Xudiyev, marketinq şöbəsinin rəisi Zaur Mütəllimov, AFFA icraiyyə komitəsinin qərarı ilə  “Neftçi” PFK-nın yeniyetmə və uşaq futboluna texniki direktor təyin edilmiş Yan Versleyen, “Neftçi” PFK-nın Aşağı yaş qrupu komandalarının kordinatoru Asif Əliyev, seleksiyaçı-məşqçi Səmədağa Şıxlarov və aşağı yaş qrupu komandalarının bütün məşqçiləri iştirak ediblər. Görüşdə klub prezidenti Sadıq Sadıqovun tapşırığı ilə UEFA tərəfindən “Neftçi” PFK-ya ayrılmış vəsait hesabına alınmış yeni avtobus məşçilərə təqdim edilib.  “Neftçi” PFK-nın vitse-prezidenti Elnur Məmmədov məşqçilərlə görüşdə bildirib ki, “Neftçi”də aşağı yaş qrupu komandalarının inkişafı hər zaman klub rəhbərliyinin diqqət mərkəzindədir: “Klub prezidenti yerli futbolçuların uğurları və problemləri ilə şəxsən maraqlanır. “Neftçi”nin uşaq futbol məktəbində işlər düzgün qurulub. Bunun nəticəsidir ki, sırf “Neftçi” yetirmələri - Araz Abdullayev bir neçə il əvvəl “Everton”un, son olaraq isə Emil Balayev Almaniyanın “Ayntraxt” klubunun diqqətini cəlb edib”.

“Neftçi” PFK-nın icarçı direktoru Mübariz Xudiyev əsas komandanın heyətində yer alan futbolçuların demək olar ki, hamısının öz klubumuzun yetirmələri olduğunu vurğulayıb: “Bu gün əsas komandada oynayan futbolçuların əksəriyyəti sırf “Neftçi” uşaq-futbol məktəbinin yetirmələridir. Gənc oyunçularımız Avropa klubularının diqqətini cəlb edir. Bu onu göstərir ki, biz düzgün yoldayıq. Bunula belə bütün uğurlar məşqçilərin məsuliyyətini daha da artırır”.

Daha sonra texniki direktor Yan Versleyen klub rəhbərliyinə məşqçilər adından təşəkkürünü bildirib: “Neftçi”yə gəldiyim ilk gündən başda klub prezidenti başda olmaqla, rəhbərlik tərəfindən uşaq futboluna xüsusi həssaslıqla yanaşıldığını gördüm. Bu bizim işimizin daha keyfiyyətli alınması üçün önəmli şərtdir. Hər bir böyük klub kubok qazandıqdan sonra onu muzeyə qoyur. O kubok unudulmalı, yeni titul haqda düşünülməlidir. Uşaq futbolunda isə gənc futbolçu əsas komandaya yüksələndən sonra məşqçilər sanki titul qazanmış olur. Geriyə dönüb yeni istedadları yetişdirməlisən. Bizim uğurumuzdur ki, “Neftçi”nin aşağı yaş qrupu komandalarında onlarla istedadlı uşaqlar var”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30