28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Millimizin yeni məşqçisi: “Çalışacam ki, özümü söznən yox, işimlə sübut edim” (Müsahibə)

“PROSİNEÇKİNİN ÜRƏYİ FUTBOLLA DÖYÜNÜR, HEÇ NƏDƏN QORXMUR”

Milli komandamızın yeni məşqçisi Elxan Abdullayev Futbolxeber.az saytına müsahibə verib.

- İlk növbədə sizi təbrik edirik. Yeni işinizdə uğurlar arzulayırıq.

- Çox sağ olun, təşəkkürüm edirəm.

- Keçən dəfə sizə zəng vuranda, “tələsməyin, hələ təyinatım rəsmiləşməyib” dediniz...

- (gülür). Hə, bir neçə gün əvvəl də siz məni təbrik etdiniz. Amma dedim ki, tələsmək lazım deyil. Ona görə də təbrikinizi indi qəbul edirəm.

- Təyinatınız haqda nə deyə bilərsiz?

- Təbii ki, bu təyinata görə sevinirəm. Millidə çalışmaq hər bir azərbaycanlı məşqçinin arzusudu. Mənim də həmçinin. AFFA rəhbərliyinə və Robert Prosineçkiyə minnətdarlığımı bildirirəm. Sağ olsunlar ki, mənə güvəniblər. Mən də çalışacam ki, özümü söznən yox, işimlə sübut edim.

- Prosineçkinin köməkçisi olmağa tək siz namizəd deyildiniz. Üstünlük qazanmağınızda sizcə, hansı amillərin rolu oldu?

- Mən bu haqda heç nə deyə bilmərəm. Yaxşı olardı ki, bu sualı baş məşqçiyə verəsiz. Məndən başqa namizədlər də vardı. İlk görüşümüzdə oturub, danışdıq. Ola bilər ki, fikirlərimiz üst-üstə düşdüyündən mənə üstünlük verilib.

- Daha əvvəl də millidə çalışmısız. Prosineçki ilə birgə çalışmağa başlamasanız da, söhbətləriniz olub, düşüncələrini bilirsiz. Sizcə, onu Berti Foqtsdan fərqləndirən cəhətlər hansılardı?

- Prosineçki gəncdi, çox enerjili insandı. Bütün oyunlara gedir. Hətta uşaq futbolu ilə də yaxından maraqlanır. Bir yerdə oturmur. Söhbətimizdə özü dedi ki, onun üçün həyatda ən vacib ailə və futboldur.

- Çoxları deyir ki, Prosineçkinin rəhbərliyi altında millimiz hücum futbolu oynayacaq...

- Həqiqətən də o, hücum futboluna üstünlük verir. Bu barədə söhbətimizdə də dedi. Bu məqam da çox xoşuma gəldi. Bu adamın ürəyi futbolla döyünür, heç nədən qorxmur. Mən də canla-başla ona kömək etməyə hazıram. Azərbaycan futbolunun inkişafı üçün üzərimə nə düşürsə, edəcəyəm.

- Prosineçkinin millidə bir neçə köməkçisi var. Kimin konkret hansı işlə məşğul olacağı artıq müəyyənləşib?

- Hələ ki bu barədə söhbət olmayıb. İndiki məqamda baş məqçi bizə müəyyən tapşırıqlar verib. Konkret mənə bazar günü keçiriləcək “Qəbələ” - “İnter” oyununu izləməyi tapşırıb. Qəbələyə yollanacağam. Hər iki komandanın heyətində çıxış edən yerli futbolçuların oyununu izləyib, bütün lazımı məlumatları Prosineçkiyə verəcəyəm. Ondan heç nəyi gizlətməli deyilik.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31