18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Azərbaycandan Avroliqanın “facebook” səhifəsinə giriş qadağan edildi

UEFA Avropa Liqasının rəsmi “Facebook” səhifəsinə azərbaycanlı istifadəçilərin girişini qadağan edib. “Qarabağ” azarkeşlərinin Sportpress.az-a verdiyi məlumata görə Avroliqanın səhifəsinə Azərbaycandan daxil olmaq mümkün deyil.

Avroliqanın “Facebook” səhifəsinin adminləri bunu texniki problemlə əlaqələndirsələr də, əslində buna səbəb azərbaycanlı fanatların səhifənin ünvanına çoxlu sayda etirak məktubu yollamasıdır. Azərbaycandan 12000-ə yaxın fanat səhifədə “Justice For Qarabağ” yazmaqla “Qarabağ”-“İnter” matçında Riçard Almeydanın vurduğu qolun sayılmamasına etirazını bildirib. 500-ə yaxın azarkeş isə UEFA-dan hakimin səhvini etiraf etməyə, qolu hesaba almağı tələb edib.

Üçüncü gündür ki, UEFA Avropa Liqasının səhifəsinə Azərbaycandan daxil olmaq qadağan edilib.

Xatırladaq ki, Avroliqanın qrup mərhələsində “Qarabağ”-“İnter” görüşündə çexiyalı hakimlər briqadası Riçard Almeydanın qolunu hesaba almayıb. Bunun nəticəsində Azərbaycan çempionu pley-offa vəsiqə qazana bilməyib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30