19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Baçana Tsxadadze: “Neftçi”nin futbolçularının kobud oynaması yaxşı idi” (Müsahibə)

“İnter”in hücumçusu Baçana Tsxadadze “Neftçi” ilə oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- Komandanız “Neftçi” üzərində əzmkar qələbə qazandı. Qarşılaşamnı necə şərh edərdin?

- Çox maraqlı oyun oldu. Yəqin ki, bu fikrimlə razılaşarsız. Hamı bu oyundan zövq aldı. Həm azarkeşlər, həm də oyunçular. Bu gün biz qalib gəldik, amma sabah “Neftçi” qələbə qazana bilər. Əsas odur ki, Azərbaycan futbolunda belə oyunların sayı çox olsun.

- Start heyətindən kənarda qalmağın nə ilə bağlı idi?

- Bu, sırf baş məşqçinin qərarıdı. Mən də bu qərar hörmətlə yanaşıram. “Neftçi” ilə ilk dövrədəki oyunda zədə almışdım. Zədəmi yenicə bərpa edirəm. Hələ meydana çıxmağa tam hazır deyiləm.

- Sonradan oyuna daxil olsan da, ilk qolda məhsuldar ötürməylə yadda qaldın...

- Öz oyunum haqda nəsə desəm, düzgün çıxmaz. Bunu mütəxəssislər şərh edə bilər. Yalnız onu deyim ki, komandama kömək etdiyim üçün şadam.

- Epizodların birində “İnter” penalti təyin olunmasını tələb edirdi. Həmin epizodda top “Neftçi”nin oyunçusunun əlinə dəymişdi?

- Hamı səhv edir. Hakimlik barədə danışmaq istəmirəm. Futbolçuyam, ədalət qoruyucularının qərarlarını şərh etmək mənim işim deyil. Dəqiq olaraq “orada penalti var idi” deyə bilmərəm. Düzdür, ilk başda penalti olduğunu düşündüm. Amma epizodun təkrarına baxmaq lazımdı.

- Sona yaxın meydanda tez-tez mübahisə yaranırdı. Bu, nədən irəli gəlirdi?

- “Neftçi”nin üzvləri bəzi epizodlarda kobud oynasalar da, bu, normal haldı. Hətta deyərdim, yaxşı idi. Komanda hesabda geridə olarkən əsəblər tarıma çəkilir. Əsas odur ki, meydanda heç kim çirkin işlərlə məşğul olmurdu. Əsl mübarizə gedirdi.

- 3 gün sonra “İnter”i daha bir çətin oyun gözləyir. “Neftçi”nin aqibətini “Qəbələ”yə də yaşada biləcəksiniz?

- Vaxt azdı. Cəmi 2 gün məşq edəcəyik, sonra isə oyuna çıxacağıq. Amma şikayətlənməyə əsas yoxdur. Rəqib də bu gün oyun keçirib, biz də. Çətin oyun olacaq. Görüşə ciddi hazırlaşmalıyıq. İnanıram ki, gücümüzü bərpa edib, istədiyimiz nəticəni qazanacağıq.

- “İnter” “Neftçi”ni məğlub etməklə yenidən ikinci pilləyə yüksəldi. Amma liderlə xal fərqi yenə də üçdür...

- (sözümü kəsir) Məgər, “Qarabağ” qələbə qazandı?

- Bəli. Çempionluq yolunda “İnter”i “Qarabağ”ın əsas rəqibi hesab etmək olar?

- İndidən bu haqda danışmaq çox tezdi. Çünki hələ 2 dövrə var. Biz hər oyuna qələbə üçün çıxırıq. Nə qədər çox qələbə qazansaq, istədiyimiz nəticəni qazanmaq şansı da daha çox olar.

  

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30