25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

Araz Abdullayev: “İnter”lə oyunda hakimin ciddi səhvə yol verdiyini düşünmürəm” (Müsahibə)

“Neftçi”nin üzvü Araz Abdullayev “İnter”lə oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.
 
- “İnter”ə uduzdunuz. Qarşılaşma haqda nə deyə bilərsən?
 
- Oyuna yaxşı başladıq. Hər şey normal keçirdi. Hesabı da açdıq. Amma ikinci hissədə oyunun ssenarisi dəyişdi. Rəqibi təbrik edirəm. Biz artıq növbəti oyunlar barədə düşünməliyik.
 
- İkinci hissədəki zəif oyunu nə ilə əlaqələndirmək olar?
 
- Sadəcə alınmadı. Çalışırdıq ki, nəsə edək. Ən azı hesabı qorumaq istəyirdik. Bacardığımızı da etdik. Uduzmaq istəmirdik. Amma qismət deyilmiş.
 
- Hakimlərin idarəçiliyini necə qiymətləndirirsən?
 
- Hakim qərarını verdisə, dəyişmək olmur. Həm də mən futbolçuyam. Hakimlər haqda nəsə deməyim düz çıxmaz. Ümumiyyətlə, hakimin ciddi səhv etdiyini düşünmürəm.
 
- “İnter” iki əvəzetmə sayəsində oyunun gedişatını dəyişdi. Demək olar ki, rəqib “Neftçi”ni yaxşı analiz etmişdi?
 
- Hə, belə demək olar.
 
- “Neftçi” üçün artıq 2014-cü il başa çatdı. Komandanın ilk iki dövrədəki çıxışını necə dəyərləndirmək olar?
 
- İndi qarşıdan fasilə gəlir. Bu müddətdə yaxşı hazırlıq keçməliyik. Yəqin ki, yeni transferlər də olacaq. Mövsümün gedişində baş məşqçi dəyişikliyi oldu. Bu da müəyyən dərəcədə çıxışımıza təsir etdi. Fasilədə yaxşı hazırlıq keçib, mövsümün qarşıdakı hissəsinə hazırlaşmalıyıq. Məqsədimiz yenə də yüksək yerlər uğrunda oynamaqdır. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30