16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

“Turan Tovuz” Kvaratsxeliya ilə yollarını ayırdı

I Divizionda mübarizə aparan “Turan Tovuz “ baş məşqçisi Badri Kvaratsxeliya ilə yollarını ayırıb. Futbolxeber.az-ın məlumatına görə, I dövrənin başa çatmasından sonra klub rəhbərliyi ilə gələcək planların müzakirə olunmasından sonra gürcü mütəxəssis rəhbərlik qarşısında qış transfer dövründə 5-6 təcrübəli futbolçunun transfer edilməsini şərt kimi qoyub. Bu isə klubun, yerli gənclərin yetişməsi, onların əsas və müvafiq yaş qrupları üzrə milli komandalara cəlb olunması strategiyasına uyğun gəlmədiyindən onunla qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.

Bundan başqa əsas komandanın məşqçilər korpusunda yer alan Kamal Ələkbərov və Arçil Qurtskaia da istefaya göndərilib.

Yerli mütəxəssislərlə danışıqlara başlayan klub rəhbərliyi yaxın müddətdə yeni baş məşqçinin adını açıqlamağı planlaşdırır. Məşqçilər korpusunun formalaşması da yeni baş məşqçiyə həvalə olunacaq.

Qeyd edək ki, ötən mövsümlə müqayisədə “Turan Tovuz”da yaş ortalaması olduqca aşağı düşüb. Bundan başqa 14, 15 yaşlı  futbolçulara belə şans verilməklə yanaşı komandanın 5 üzvü müxtəlif yaş qrupları üzrə milli komandalara dəvət olunub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30