20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Junior Nildo: “Tsxadadzenin yoxluğunu ciddi problem hesab etmirəm” (Müsahibə)

“İnter”in hücumçusu Junior Nildo Futbolxeber.az saytına müsahibə verib.

- Son turda “Simurq”la heç-heçə oynadınız. Zaqatalada baş tutan qarşılaşma haqda nə deyə bilərsən?

- Oyun çox çətin keçdi. Biz matça pis başladıq. Bunun da nəticəsində rəqibi hesabı açdı. Fikrimcə, ilk yarıda komandamız yaxşı oynamadı, futbolçular 100 faiz güclərini göstərmədilər.  Amma ikinci hissədə oyunun gedişatını dəyişdik. Lazım olan qolu da vurduq. Buna nəticəyə görə sevinə bilərik. Çünki “Simurq” evdə çox yaxşı oynayır.

- Qeyd etdin ki, komanda matça pis başladı. Bunun səbəbini nədə görürsən?

- Ciddi bir səbəb, ya da hansısa problem yoxdu. Heç bir komanda hər oyunda yaxşı oynaya bilməz. Ən güclü klublar belə bəzən zəif təsir bağışlayırlar. Dediyim kimi, bunda ciddi səbəb yoxdur.

- “İnter”lə “Simurq” arasındakı oyunların nəticəsinin şübhəli olduğu haqda söhbətlər tez-tez olur...

- Daha əvvəl bu barədə mən də eşitmişdim. Amma cari mövsümdə 2 dəfə “Simurq”la oynamışıq. Əminliklə deyirəm ki, “Simurq” bizə qarşı tam gücü ilə oynayırdı. Bundan başqa heç nə deyə bilmərəm. Komandaya təzə gəlmişəm. Bu müddətdə də danışılmış oyun barədə komanda daxilində heç kimdən heç nə eşitməmişəm.

- Son turlar vacib qollara imza atırsan. Oyunundan razısan?

- Hər zaman məşqlərdə tam gücümlə çalışıram. Yaxşı oynamadığım oyunlar da olub. Təbii ki, qol vurmaq hər bir hücumçunun istəyi və borcudur. Amma mənimçün vacib olan odur ki, komandam qələbə qazansın. Komandanın uğuru daha vacibdi.

- Bu gün “İnter”i “Neftçi” ilə oyun gözləyir...

- “Neftçi” ilə oyun çətin keçəcək. Maraqlı qarşılaşmaq olacaq. “Neftçi”nin də, “İnter”in də heyətində yaxşı futbolçular var.

- “İnter” azarkeşlərinə bugünkü matçda qol sözü verə bilərsən?

- Azarkelərə minnətdaram. Onlar hər zaman bizi lazımınca dəstəkləyirlər. Oyundan əvvəl iddialı danışmaq mənim xarakterimə yaddı. Ürəyimi meydanda qoyacağam. Yalnız bunu deyə bilərəm.

- Son turdakı xal itkisindən sonra “Neftçi” turnir cədvəlində sizi qabaqlayır. Bu səbəbdən düşünmək olar ki, paytaxt derbisində “İnter”in məqsədi yalnız 3 xal olacaq?

- Turnir cədvəlində 2 qonşu komanda üz-üzə gəlir. Biz evdə oynayırıq. Odur ki, mütləq 3 xal qazanmalıyıq

- Cəzalı olan Kaxaber Tsxadadzenin oyunlar zamanı ehtiyat oyunçular skamyasında olmaması futbolçulara hər hansı bir təsir göstərir?

- Bunu ciddi problem hesab etmirəm. Onsuz da ehtiyat oyunçular skamyasında çox adam olur. Həm də baş məşqçimiz oyuna kimi bütün lazımı tapşırıqlarını verir. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30