19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Kaxaber Tsxadadze: “Qardaş, qardaş deyirlər, belə qardaşlıq olar?” (Müsahibə)

“ADAM ÖLDÜRƏN HEÇ 5 OYUNLUQ CƏZALANDIRILMIR”

“İnter”in baş məşqçisi Kaxaber Tsxadadze Futbolxeber.az saytına müsahibə verib.

- Son turda “İnter” Zaqatalada baş tutan oyunda yalnız son dəqiqə qolu ilə yenilgidən qaçdı. “Simurq”a qarşı keçirilən qarşılaşma haqda nə deyə bilərsiniz?

- “Simurq”a qarşı oynamaq hər zaman çətindi. Qardaş qardaş deyirlər, amma belə qardaşlıq olar? Gah bizi “Simurq” ikinci yerdən məhrum edir, gah da 4 xal alırlar. Oyuna gəldikdə, dediyim kimi çətin alındı. “Simurq” hər zaman evdə yaxşı oynayır. İlk yarıda hücumda oyunumuz alınmadı. Amma ikinci hissədə 2 əvəzetmə sayəsində üstünlüyü ələ aldıq. Statistikaya baxsanız, görərsiz ki son 15 dəqiqədə topa yiyələnmə 70-in 30-a bizim xeyrimizə idi. Amma təhlükəli cinah ötürmələri çatışmırdı. Bununla belə, komanda sona kimi vuruşdu. Nəticəni ədalətli sayıram.

- Qarşıda “İnter”i “Neftçi” ilə oyun gözləyir...

- Çox çətin qarşılaşma olacaq. Ümumiyyətlə, “Neftçi” ilə oyunlarımız hər zaman gərgin və maraqlı olur. “Neftçi” hücum futbolu oynayan komandadı. Bizdə evdə oynayırıq və hücum futboluna üstünlük verəcəyik. Tamaşaçılar üçün maraqlı qarşılaşma olacaq.

- Cəzalı olduğunuz üçün son oyunlarda ehtiyat oyunçular skamyasında yer almırsınız. Bu məqam komandaya mənfi təsir edir?

- Əlbəttə bunun təsiri olur. Haqqımda çıxarılan 5 oyunluq cəza ədalətli qərar deyildi. Heç vaxt heç kimi təhqir etmərəm. Belə bir fikrim də olmayıb. Həm də bu günə kimi heç kim qeyri-etik jest etdiyimi sübuta yetirməyib. Kimdəsə sübut var? Yoxdu. Hamı deyir ki, belə deyiblər. Amma kim deyib? Bunu bilən yoxdu. Əllərində fakt yoxdur, ola da bilməz. Çünki mən heç kimi təhqir etməmişəm. Bu, ədalətsiz qərardı. Özü də 5 oyun. Adam öldürən heç 5 oyunluq cəzalandırılmır. Azərbaycanda haqqımda ədalətsiz qərar çıxarılmasına artıq öyrəşmişəm.

- Qış fasiləsinə az vaxt qalıb. Komandanın hazırlıq planı artıq bəllidir?

- Hə, planlar məlumdu. İstirahət üçün vaxtımız çox azdır. Komanda cəmi 10 gün dincələ biləcək. Yanvarın ikisində Antalyada bir araya gələcəyik. Hazırlıq prosesi ayın 22-sinə kimi davam edəcək. 23-ü komanda Bakıya qayıdacaq. 20 gün ərzində bir neçə yoxlama oyunu da keçirəcəyik.

- Heyətdə hansı dəyişikliklər olacaq?

- Ciddi dəyişikliklər gözlənilmir. Maksimum 1-2 dəyişiklik olacaq.

- Yalnız gələnlər olacaq, yoxsa gedənlər də?

- Mümkündür ki, gedənlər də olsun.

- İlk 2 dövrə üçün “İnter”in çıxışını necə dəyərləndirə bilərsiz?

- Çıxışımızı normal hesab etmək olar. Çempionata yaxşı başladıq. Yüksək məhsuldarlıq nümayiş etdirdik. Amma sonra ardıcıl 4 oyunda qol vura bilmədik. Xal itkisi ilə üzləşdik. Sonradan komanda özünə gəldi və son 3 matçda yaxşı oynamışıq. Odur ki, geridə qalan turlardan razı qalmaq mümkündür. İndi qarşıdakı 2 oyun bizim üçün çox vacibdir. Həmin oyunlarda uğurlu nəticə əldə etsək, hər şey daha yaxşı olacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30