20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Simurq” - “İnter” oyunu bu dəfə də danışılmış olub?!

“İnter” - “Simurq” oyunlarından öncə hər zaman komandalardan birinin (adətən “Simurq”un) digərinə 3 xalı hədiyyə edəcəyi haqda söhbətlər gəzir. Futbolxeber.az-ın məlumatına görə, cari mövsümdə isə komandalar arasında baş tutan hər iki matç heç-heçə yekunlaşıb. Bu səbəbdən də çoxları cari mövsümdə (ən azından ilk 3 dövrədə) komandaların bir-birinə güzəştə getməyəcəyini düşünürdü. Lakin bu gün əldə etdiyimiz məlumat sonuncu heç-heçənin “gözdən pərdə asmaq”dan başqa bir şey olmadığını ortaya çıxardı.

Belə ki, ölkəmizdə çıxış edən legioner futbolçulardan biri Zaqatalada baş tutan oyunun nəticəsinin əvvəldən razılaşdırılmış olduğunu deyib. Həmin futbolçu bildirib ki, “İnter”də forma geyən həmyerlisi oyun günü səhər saatlarında sosial şəbəkədə ona qarşılaşmanın 1:1 hesabı ilə başa çatacağını yazıb.

Təbii ki, həmin futbolçunun dediklərinin 100 faiz həqiqət olduğunu iddia edə bilmərik. Amma od olmayan yerdən də tüstü çıxmaz.

QEYD: Məsələ ilə bağlı hər iki tərəfə tribuna verməyə hazırıq. Oyunun 1:1 hesabı ilə başa çatacağını deyən futbolçunun kimliyini isə hələlik yazmağa ehtiyac duymadıq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30