28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Fariz Məmmədov danışdı: “15 illik karyeram ərzində hələ bu qədər çətinlik çəkməmişdim”

Peşəkar boksçu Fariz Məmmədov Kiyevdə ukraynalı boksçu Valentin Kuts üzərində qələbəsi haqda danışıb. Futbolxeber.az-ın məlumatına görə, idmançımız sportpress.az-a açıqlamasında 2 raunda nokautla qalib gəlməsinə baxmayaraq, mübarizənin asan olmadığını bildirib: “Döyüşdən bir gün əvvəl rəqibin dəyişməsi mənə bir sıra çətinliklər yaratdı. Ukraynada tanınan boksçuya qarşı mübarizə aparmalıydım. Təsəvvür edin ki, mən tam başqa boksçuya hazırlaşırdım. Bir gün əvvəl isə dedilər ki, rəqib dəyişib. 15 illik karyeram ərzində hələ bu qədər çətinlik çəkməmişdim. Bakıdan eləcə də İstanbuldan gələn dostların dəstəyi olmasaydı, döyüşdən imtina edəcəkdim.  Rəqib dəyişdiyi üçün mübarizə aparmaq istəmirdim. Sadəcə düşündüm ki, qərarı bəlkə də düzgün qəbul edilməz. Ona görə mübarizə aparmağı qərarı aldım. Görüş çətin oldu. İkinci raund zamanı dəqiq zərbələrim oldu. Məhz bunun nəticəsində vaxtından əvvəl qələbə qazandım. Hələlik növbəti görüş haqda düşünmək istəmirəm. 2014-cü ili qələbəylə başa vurmaq istəyirdim. Ukraynada qələbə qazandığıma görə çox sevinirəm”.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31