23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Tahir Gözəl "Qarabağ"ı meydana kapitan qismində çıxardı

Bu gün Bayıl stadionunda “Britaniya komandası” və “Qarabağ” futbol klubu arasında qeyri-rəsmi futbol oyunu baş tutub. Futbolxeber.az-ın məlumatına görə, oyunun Britaniyanın Azərbaycandakı  səfirliyi, AFFA və “Bakcell” şirkətinin dəstəyi ilə təşkil edilib.

Tədbirin məqsədi 1914-cü ildə Birinci Dünya müharibəsi zamanı əsgərlər arasında oynanılan ilk futbol oyunun 100 illiyi qeyd etməkdir. Həmin vaxt bir-birlərinə qarşı əks cəbhədə vuruşan əsgərlər bir anlıq müharibəni saxlayıb, mahnılar oxuyub, hədiyyələr paylanıb və rəmzi olaraq futbol oynayıblar.

Britaniya komandasını səfir İrfan Sıddıq və “Bakcell” şirkətinin təşkil etdiyi Mançester Yunayted Yay Futbol Məktəbinin yeniyetmələri təmsil edib.”Qarabağ”ı isə bu görüşdə 13 yaşlılardan ibarət yığma komandası təmsil edib. Bu görüşdə 13 yaşdan ibarət komandanın heyətində “Qarabağ” Futbol Klubunun vitse-prezidenti Tahir Gözəl, aşağı yaş qruplarına AFFA tərəfindən təyin olunmuş idman direktoru John van Loen və klub direktoru Əmrah Çəlikəl iştirak ediblər.

Görüş 6-6 hesabı ilə başa çatıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30