28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Neftçi”nin hücumçusu: “Paltardəyişmə otağında ondan üzr istədim"

“Neftçi”nin hücumçusu Ruslan Qurbanov dubl etdiyi “Sumqayıt”la oyundan sonra jurnalistlərə müsahibə verib. Qurbanov Futbolxeber.az saytının əməkdaşının da suallarını cavablandırıb.  

- “Sumqayıt” üzərində çətin qələbə qazandınız. Qarşılaşmaq haqda nə deyə bilərsən?

- Bizim üçün vacib qarşılaşma idi. “Sumqayıt” ildən-ilə inkişaf edir. Müdafiədə yaxşı təsir bağışlayır, əks-hücumlarda təhlükəli olurlar. Bu komandaya qarşı rahay oynamaq təhlükəlidi. Yaxşı ki, qələbə qazandıq. “Qarabağ” da uduzduğundan, aradakı xal fərqini azaltdıq. 4 gündən sonra bizi daha bir çətin oyun gözləyir. “İnter”lə matçdan da qalib ayrılmaq istəyirik. Həm də həmin matç bizim üçün ilin son qarşılaşması olacaq. Vacib olan 3 xalı qazanıb, fasiləyə rahat yollanmaq istəyirik.

- Meydana ikinci hissədə daxil olsan da, sona yaxın əvəzləndin. Bunun səbəbi nə idi?

- Üçüncü qolu vuran zaman ayaq bağlarında ağrılar hiss etdim. Hesab xeyrimizə olduğundan, düşündüm ki, bu cür davam etməyə dəyməz. Çünki zədəm ağırlaşa da bilərdi.

- Oyun zamanı komanda yoldaşın Karlos Kardosa ilə mübahisə etdin...

- Meydanda əsəblər tarıma çəkilir. Amma Karlos məndən böyük olduğu üçün ona cavab qaytarmamalı idim. Paltardəyişmə otağında söhbət etdik və bir-birimizi başa düşdük. Ondan üzr istədim. Gənc olduğuma görə, o cür etməməli idim.

- Qarşılaşmanı izləyənlər arasında millinin baş məşqçisi Robert Prosineçki də var idi. Dubl etdiyini nəzərə alsaq, sənə dəvət göndərəcəyinə ümid edirsən?

- Əvvəla onu baş məşqçi təyin edilməsi münasibəti ilə təbrik edirəm. Onun oyunu izlədiyini bilirdik. O baxanda xüsusi motivasiyam olur. İnşallah, mənə dəvət göndərəcəyimə ümid edirəm.

- “Neftçi”nin gənc qapıçısı Emil Balayev Almaniya Bundesliqasında mübarizə aparan “Ayntraxt” klubuna transfer olundu. Bu məqam sən də daxil olmaqla gənclərin motivasiyasını artırır?

- Emilin böyük kluba transfer olunmasına şad olduq. Bu cür hadisələr gənc futbolçulara təsir edir. Əlavə motivasiya verir, üzərimizdə çox çalışmağa sövq edir. Tək Bundesliqaya yox, bəlkə La Liqaya da gedənimiz oldu.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31