20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Emil Balayev: “Vətənə qayıtsam, yalnız “Neftçi”də oynayaram”

“Eşitdiyimə görə, “Ayntraxt”ın baş məşqçisi Tomas Şaaf yığmamızın sabiq məşqçisi Uli Ştayndan mənim haqda müəyyən məlumatlar əldə edib. Amma mən orada olduğum müddətdə mənə Ştayn haqda heç bir söz deyilmədi”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Ayntraxt”a transfer olunan Emil Balayev deyib.

Gənc qapıçı rəqabətdən çəkinmədiyini vurğulayıb: “Heç nədən çəkinmirəm. Məsuliyyəti dərk edirəm. Özümə inanıram və ümid edirəm ki, “Aytraxt”da özümü göstərə biləcəyəm”.

Balayev qeyd edib ki, vətənə qayıtsa, yalnız “Neftçi”nin şərəfini qoruyacaq: “Mən ilk növbədə orada möhkəmlənməyi düşünürəm. Şər deməsən, xeyir gəlməz. Əgər, vətənə qayıtsam yalnız “Neftçi”nin formasını geyəcəyəm. Çünki “Neftçi” mənim doğma klubumdur. Almaniya yollansam da, özümü “Neftçi”nin bir üzvü kimi hiss edirəm”.

Yanvarın əvvəlində Almaniyaya yollanacağını qeyd edən Balayev, işçi vizası ilə bağlı problem yaşamayacağını vurğulayıb: “Bütün sənədlər səfirliyə təqdim edilib. Tezliklə işçi vizası alacağam. Dediyim kimi, “Neftçi” rəhbərliyi bütün sənədlərimi vaxtında oira göndərdiyi üçün heç bir problem yaşamayacağam”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30