25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Prosineçki: “Bir nəfərin özbaşınalığı bütün Azərbaycan xalqını məyus etdi”

Azərbaycan milli komandanın baş məşqçisi Robert Prosineçki UEFA Avropa Liqasının qrup mərhələsində keçirilmiş “Qarabağ” - “İnter” oyunu ilə bağlı affa.az saytına fikirlərini bildirib: “Azərbaycan futbol tarixinin ən vacib oyunlarından biri idi. İlk dəfə bir Azərbaycan klubu 1/16 final mərhələsinə vəsiqə qazanmağa bu qədər yaxınlaşmışdı. “Qarabağ”ın son dəqiqələrdə qaydalara uyğun vurduğu qolu çexiyalı referi qeydə almadı. Bir nəfərin özbaşınalığı, ağlasığmaz qərarı bütün Azərbaycan xalqını məyus etdi. Başa düşmürəm, nəyə görə hakim təmiz qolu qeydə almadı?! “Qarabağ” həmin oyunda qalib gəlməliydi. Təəssüf ki, onun bu  qərarı azarkeşlərin qəlbində silinməz iz qoydu.

Millinin üzvlərinə gəlincə, dünən bəzi epizodlarda daha yaxşı oynaya bilərdilər. Ümumilikdə götürsək, onların çıxışından razıyam. Onların potensialına bələdəm. Bilirəm ki, dünənkindən də yaxşı oynaya bilərlər. Xüsusilə, gənc oyunçuların potensialını qeyd etmək, onların üzərində işləmək lazımdır. Bilirik ki, onlar bundan da yaxşı oynaya bilərlər. Ad çəkmək istəmirəm. Hamı bilir ki, söhbət kimlərdən gedir. Onlar öz üzərilərində daha çox işləməlidirlər. Aşağı yaş qruplarından ibarət yığmalarda da istedadlı, potensialı yüksək olan uşaqlar var. Onları düzgün istiqamətləndirib bacarıqlarından istifadə etməliyik”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30