19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Aqil Abbas: “Qarabağ”ın “Tvente” ilə oyununda həyəcandan ürəyim getmişdi”

“Qarabağ” bu oyunda qalib gələcək və növbəti tura yüksələcək”. Futbolxeber.az-ın məlumatına görə, bunu açıqlamasında deputat Aqil Abbas deyib.

Millət vəkili bildirib ki, bu oyunu izləyə bilməyəcək: “Ümumiyyətlə, Türkiyə yığmasının və “Qarabağ” klubunun oyunlarına baxa bilmirəm. Bu oyunları izləyəndə çox həyəcanlanıram. “Qarabağ”ın ötən il Hollandiyanın “Tvente” klubu ilə oyununa baxan zaman həyəcandan ürəyim getmişdi. Amma Azərbaycan yığmasının oyununa məmuniyyətlə baxa bilirəm. Çünki bilirəm ki, uduzacaqlar və həyəcanlanmıram”.

Millət vəkili qeyd edib ki, “Qarabağ” bu oyunda qalib gəlsə, hamıya qonaqlıq verəcək: “Bu futboldur və hər bir nəticə ola bilər. Klubumuz qrupda 5 xal toplayıb. “Dnepr” və “Sent-Etien” klubu ilə səfər oyunlarında öz sözünü deyib. “Qarabağ” klubu Avropaya adını yazdırıb. Əminliklə deyirəm ki, bu oyunda qalib gələcəyik. “Qarabağ” “İnter”ə qalib gəlsə, hamıya qonaqlıq verəcəyəm”.

 


(AzVision.az)


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30