19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Xəzər Lənkəran”ın kapitanı: “Avrokuboklara düşməyimiz niyə çətindir ki?”

“Bu dəfə evdə oynamalıydıq. Lakin yenidən Bakıda meydana çıxmalı olduq. Paytaxtda da azarkeşlərimiz bizi dəstəkləyir. Amma doğma divarlar arasında oynamaq daha yaxşıdır”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri “Xəzər Lənkəran”ın kapitanı Rahid Əmirquliyev deyib.

Premyer Liqanın XV turu çərçivəsində “Qəbələ”ni darmadağın etdikləri oyun haqda danışan Əmirquliyev, süni meydançada oynayarkən çətinlik çəkmədiklərini bildirib: “2 həftədir ki, süni ot örtüklü meydançada məşq edirik. Ona görə də belə vəziyyətə artıq öyrəşmişik. Amma Lənkərandakı oyunlarda stadionda daha çox azarkeş toplaşır”.

Kapitan komandasına inandığını bildirib: “Qəbələ” üzərində vacib qələbə qazandıq. İndi bunun ardını gətirməliyik. Çalışacağıq ki, növbəti oyunlarda da eyni uğura imza ataq. Avrokuboklara düşməyimiz niyə çətindir ki?”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30