20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“İdman Azərbaycan” “Neftçi” ilə razılığa gələ bilmədi

“Neftçi”nin rəsmi saytında Premyer Liqanın XVI turu çərçivəsində “Sumqayıt”a qarşı baş tutacaq oyunun 17:00-da başlayacağı qeyd edilib. Futbolxeber.az-ın məlumatına görə, “İdman Azərbaycan” kanalının proqramında isə görüşün 19:30-da başlayacağı və kanal vasitəsi ilə canlı olaraq azarkeşlərə təqdim ediləcəyi vurğulanıb.

Məsələyə aydınlıq gətirmək üçün “Neftçi”nin İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Gündüz Abbaszadəyə müraciət etdik.

Klub rəsmisi saytımıza verdiyi açıqlamada anlaşılmazlığın səbəbini belə izah etdi: “Oyun 17:00-da başlayacaq. Bu, dəqiqdir. “İdman Azərbaycan” kanalı matçın canlı yayımlanması üçün bizə müraciət etdi. Onlar görüşün 19:30-da start götürməsini istəyirdilər. Amma məşqçilər korpusu həmin vaxt deyil, 17:00-da meydana çıxmağın daha məqsəduyğun olduğunu vurğuladılar. Bu səbəbdən də görüş elə 17:00-da start götürəcək. Amma vaxt məsələsində razılığa gələ bilmədiyuimizdən, oyun canlı yayımlanmayacaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30