18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

"Bakcell Arena"da seminar keçirilib

"Bakcell Arena"da Lisenziyalaşdırma prosesi çərçivəsində mətbuat xidməti əməkdaşları üçün seminar keçirilib. Futbolxeber.az-ın məlumatına görə, UEFA-nın mətbuat üzrə nümayəndəsi Yulia Zenkoviçin rəhbərliyi ilə keçirilən məşğələlərdəAzərbaycan Premyer Liqasında, Birinci divizionda mübarizə aparan klubların, həmçinin AFFA və Peşəkar Futbol Liqasının mətbuat xidmətinin əməkdaşları, eləcə də KİV nümayəndələri iştirak edib.

Seminarda ilk olaraq AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov çıxış edib. Futbolun inkişafında və təbliğində mətbuatın böyük rolunun olduğunu qeyd edən E.Məmmədov seminarın proqramını iştirakçıların diqqətinə çatdırıb.

Yulia Zenkoviç əsasən UEFA Çempionlar Liqası, Avropa Liqası və Avropa çempionatının seçmə mərhələsinin oyunlarında mətbuat xidməti əməkdaşlarının öhdəsinə düşən vəzifələr və jurnalistlərin fəaliyyəti barədə danışıb, mövzu ilə bağlı videoçarxlar və fotolar nümayiş etdirilib.

Seminar iştirakçıları bir neçə qrupa bölünərək müxtəlif mövzularda olan sualların düzgün cavabını müəyyənləşdirmək, tapşırığa uyğun ehtimal olunan problemlərdən ən optimal çıxış yolunu tapmaq üçün müzakirələr aparıb, yekunda hər qrupun bir təmsilçisi çıxış edərək qrupun gəldiyi ümumi qənaəti səsləndirib.

“Neftçi” PFK-nın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə və “Qarabağ” klubunda eyni vəzifədə çalışan Nurlan İbrahimov UEFA Avropa Liqasının qrup mərhələsində keçirilən oyunlarda mətbuatın fəaliyyəti üçün görülən təşkilati işlərlə bağlı təcrübələrini bölüşüblər.

Seminarın sonunda iştirakçılara sertifikat təqdim olunub və xatirə şəkli çəkdirilib.


affa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30