20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Adrian Ropotan: “Problem müdafiədə yox, bütün “Qəbələ”dədir”

“Bu oyuna qələbə qazanmaq üçün çıxmışdıq. Lakin çox zəif oynadıq və uduzduq”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri “Qəbələ”nin yarımmüdafiəçisi Adrian Ropotan deyib.

“Xəzər Lənkəran”a böyükhesabla uduzduqları oyun (0:3) barədə danışan rumın futbolçu, artıq növbəti görüşlərini düşünməli olduqlarını vurğulayıb: “Məğlubiyyətin ciddi səbəbi yoxdur. Zəif oynadığımızdan uduzduq. Məşqlərdə səhvlərimiz üzərində çalışmalıyıq. Artıq bu yenilgini də unutmalıyıq. İndi bütün diqqətimizi növbəti oyunlara yönəltməliyik. Heç kim istəməz ki, uduzsun. Biz də qələbə qazanmaq istəyirdik. Lakin alınmadı”.

Hakimə sərt şəkildə etiraz etdiyinə görə cəzalanan Ropotan ədalət qoruyucuları haqda çox danışmaq istəməyib: “Meydanda əsas söz sahibi hakimdir. O, nə istəyir, onu da edir. Bu haqda başqa nəsə deyə bilmərəm”.

“Qəbələ”nin aparıcı üzvü komandasının ən zəif yerinin müdafiə xətti olması fikri ilə razılaşmayıb: “Xeyr, problem müdafiədə yox, bütün komandadadır. Yenilgiyə görə kimisə günahlandırmaq olmaz. Hamı çalışır və əlindən gələni edir ki, komandasına faydalı olsun”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30