25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Ölkə futbolu

“Sumqayıt”ın baş meneceri: “Bizdə əcnəbi futbolçu transfer etmək olmaz”

“Bizdə əcnəbi futbolçu transfer etmək olmaz. Yalnız yerli oyunçularla bağlı axtarışlar aparırıq”. Futbolxeber.az-ın məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş meneceri Ceyhun Sultanov deyib.

O, qış transferi üçün namizədlərin çoxunun adını artıq müəyyənləşdirdiklərini qeyd edib: “Baş məşqçi daha çox yarımmüdafiənin cinahlarının və hücum xəttinin gücləndirilməsini istəyir. Siyahıdakı oyunçularla danışıqlar gedir. Onların adlarını indi açıqlamağım doğru olmaz. Yalnız azərbaycanlı oyunçular alacağıq. Ölkə xaricindən Azərbaycan əsilli futbolçu da gətirə bilərik. Həmçinin keçmiş hücumçumuz Pərdis Fərcad-Azadın da dönməsi istisna deyil. Zədəsini sağaltdıqdan sonra hazırlıq səviyyəsi, fiziki durumu məşqçilər korpusunu qane eləsə, onunla müqavilə imzalaya bilərik”.

Sultanov eyni zamanda komandanı bir neçə oyunçunun tərk edəcəyini də əlavə edib: “Bəli, təxminən 4-5 futbolçu gedəcək. Bu siyahı da böyük ölçüdə hazırdı. Amma qış fasiləsinə qədər müəyyən dəyişikliklər ola bilər”.

Qeyd edək ki, “Sumqayıt” 14 turdan sonra 11 xalla Premyer Liqada 8-ci pillədə qərarlaşıb.

 


apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30