28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Qurban Qurbanov: “Minimum vəzifənin öhdəsindən gəldik”

Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qarabağ” MOİK klubunu məğlub edərək, növbəti mərhələyə adladı. Qarşılaşmadan sonra baş məşqçilərin oyun haqda səsləndirdikləri fikirləri təqdim edirik:

Namiq Adilov (MOİK klubunun baş məşqçisi): “Oyuna hazırlaşmışdıq. Plan ondan ibarət idi ki, əks-hücumlarda oynayaq. “Qarabağ”a qarşı oynamaq çox çətindir. Buna görə də görüşün böyük hissəsini topsuz, ancaq qaçmaqla keçirdik. Futbolçulara demişdim ki, bizim üçün oyun ərzində 1-2 qol epizodu yarana bilər və bundan istifadə etmək lazımdır. Oyunçular bunu bacardılar. Biz möcüzəyə ümid edirdik. Lakin mərhələni adlaya bilmədik. Mən “Qarabağ”a qarşıdakı oyunlarda uğurlar arzu edirəm”.

Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi): “Mərhələni keçməklə qarşıya qoyulan minimum vəzifənin öhdəsindən gəldik. Soyuq havaya baxmayaraq, azarkeşlərimiz bizə dəstək oldular. Onlara təşəkkür edirəm. Düşünürəm ki, oyunda hər şey normal oldu. MOİK klubuna uğurlar arzu etmək istəyirəm. Biz isə növbəti oyuna hazırlaşmalıyıq”.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31