23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Icraiyyə Komitəsinin üzvü: “Prosineçkinin böyük ambisiyaları var”

“Milli komandaya belə vəziyyətdə 6 oyunluq baş məşqçi gətirmək doğru olmazdı. AFFA prezidenti də yeni çalışdırıcı ilə uzunmüddətli müqavilə istəyirdi. İlk növbədə cari seçmə mərhələni daha layiqli şəkildə tamamlamaq istəyirik. Yəqin ki, əsas məqsəd 2018-ci il dünya çempionatı ilə bağlı olacaq”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri AFFA İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov deyib.

M.Məmmədov Prosineçkinin seçmələrinin səbəbini belə izah edib: “O, Azərbaycan futbolunu son vaxtlar dərindən izləyib, analiz edib və görüşə də hazırlıqlı gəlib. Onun böyük ambisiyaları var. Prosineçki zəngin futbolçu karyerasına malik simadı. Artıq məşqçilik karyerasında da müəyyən uğurları var. Uzun müddət Xorvatiya yığmasında Slaven Biliçlə çalışıb. Ən əsası, Bakıda yaşamaq istəyir, ailəsini də bura gətirəcək, övladı burada təhsil alacaq. Biz özümüz də onun futbolçu və məşqçi karyerasını yaxından araşdırmışdıq. Görüş zamanı da çıxışları ilə bizi inandırdı”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30