20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

“Qəbələ”: Azərbaycan Kubokunda yubiley oyununa doğru

Sabah Azərbaycan kubokunda 2014/15 mövsümünün 1/8 final mərhələsinin oyunları keçiriləcək. Futbolxeber.az-ın məlumatına görə, yarışa bu mərhələdən başlayacaq “Qəbələ” 10-cu dəfə ölkə kubokunda mübarizəyə qoşulacaq. Yubiley mövsümü “Ağsu” ilə görüşlə başlayacaq. I divizion təmsilçisi indiyədək “qırmızı-qaralar”la qarşılaşmayıb. Bu üzdən Ağsunun eyniadlı təmsilçisi “Qəbələ”nin tarixinə 38-ci rəqib kimi düşəcək.

Bu oyun Dorinel Muntyanu və yetirmələri üçün əlamətdar olacaq. Rumıniyalı Azərbaycan kubokunda debüt edəcək, həm də “Qəbələ”ni 15-ci rəsmi matça çıxaracaq. Bu görüşdə Ürfan Abbasov 75-ci, Ruslan Tağızadə ilə Rafael Santos 30-cu dəfə qırmızı-qara forma ilə meydana çıxa bilər.

“Ağsu” ilə oyun “Qəbələ”nin kubokda yubiley - 40-cı oyunu olacaq. Penaltilər seriyası nəzərə alınmamaqla, 18 qələbə, 13 heç-heçə və 8 məğlubiyyəti olan “qırmızı-qaralar” 1/8 finala uğurlu seriya ilə gedir. Belə ki, 2010/11 mövsümünün 2011-ci il martın 8-də keçirilən “Bakı” ilə 1/4 finalın səfər matçından (0:1) sonra “Qəbələ” 12 oyunluq məğlubiyyətsizlik seriyasına malikdir. Bu müddətdə 5 qələbə və 7 heç-heçəyə nail olan komanda 2 dəfə evdə buraxdığı qollar, 1 dəfə penaltilər seriyası ilə rəqibinə yenilib.

 


gabalafc.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30