29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Hafiz Məmmədov üçün əlamətdar gün (VİDEO)

Bu gün “Bakı” Futbol Klubunun prezidenti, AFFA İcraiyyə Komitəsinin üzvü Hafiz Məmmədov üçün əlamətdar gündür. Futbolxeber.az-ın məlumatına görə, Hafiz Məmmədovun 50 yaşı tamam olur. Hafiz Məmmədov 2004-cü ildən etibarən “Bakı” klubunun prezidentidir. Onun rəhbərliyi altında komanda 2 dəfə ölkə çempionu olub, 3 dəfə kuboka sahib çıxıb, həmçinin Avroliqanın play-off mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşüb.

Yubiley münasibətlə "Bakı" futbol klubunun idarə heyəti inzibati, məşqçi və futbolçu kontingenti qayğıkeş və gülərüz insan Hafiz bəyi müəllimi təbrik edir ona biznes və şəxsi həyatında uğurlar arzulayır. Ad gününüz mübarək!

Hafiz Məmmədov 8 böyük futbol meydançası olan və 100 uşağın təlim aldığı futbol akademiyasından ibarət möhtəşəm bir futbol bazasını Azərbaycan futboluna təqdim edib. Hal-hazırda bu akademiyanın məzunları klubun əsas komandasında və bir çox Premyer Liqa klublarında top qovurlar.

O, uğurlu iş adamı olması ilə bərabər Azərbaycanın dünyada təbliği yönündə də böyük işlər görür. İspaniyanın "Atletiko" və Fransanın "Lans" klubları ilə əməkdaşlıq sayəsində hər iki Avropa ölkəsində, eləcə də bütün dünyada  ölkəmizi yüz minlərlə insanlar tanıyıb. Hər iki klubun oyun formasında "Azerbaijan- Land of fair" loqotipi görüntülənir.

Təbrikə Futbolxeber.az saytının kollektivi də qoşulur. Hafiz bəyi doğum günü münasibəti ilə təbrik edir, ona uzun ömür, can sağlığı və işlərində müvəffəqiyylətlər arzu edirik. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31