19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Riçard Almeyda: “Həm Avroliqa, həm də ölkə çempionatında eyni səviyyədə oynamalıyıq”

“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda Futbolxeber.az saytına müsahibə verib.

- Premyer Liqanın 14-cü turu çərçivəsində “Simurq”u 3:2 hesabı ilə məğlub etdiniz. Qarşılaşma barədə nə deyə bilərsən?

- “Simurq”a qarşı burada oynamağın çətin olacağını bilirdik. Belə də oldu. Rəqib sona kimi mübarizə apardı. Amma yekunda meydandan 3 xalla ayrıldıq. Vacib qələbə qazandığımız üçün sevinirik.

- Avroliqadakı gərgin oyundan sonra “Simurq”a qarşı mübarizə çətin deyildi?

- Etdiyimiz səyahətlərə görə bir az yorğun idik. Amma biz futbolçular üçün fərq etmir. Həm Avroliqa, həm də çempionat matçlarında eyni səviyyədə oynamalıyıq. Bu, bizim işimizdi.

- “Sent Etyen”ə qarşı baş tutan görüşdə meydanda əvvəlki Almeydanı görmədik. Bunun səbəbi nə idi?

- Rəqib mənə qarşı xüsusi diqqət ayırmışdı. Daim yanımda 2 rəqib futbolçu olurdu. “Sent Etyen”in 1 futbolçusunu keçdikdən sonra, dərhal ikinci oyunçu ilə qarşılaşırdım. Bu səbəbdən də fransızlara qarşı istədiyim kimi oynaya bilmədim. Amma bu önəmli deyil. Əsas olan komandamın uğurudur.

- Adətən azərbaycanlı futbolçular üç gündən bir meydana çıxmaqda çətinlik çəkirlər. “Qarabağ” eyni problemlə üzləşmir?

- Hazırki vəziyyət necədirsə, ona uyğun oynamalıyıq. Yenə deyirəm ki, bu, bizim işimizdi. Lazım gəlsə həftədə bir, lazım gəlsə 3-4 gündən bir oynamalıyıq. Buna öyrəşməliyik.

- Avroliqa ilə çempionat oyunları arasında fərq böyük olur. Azarkeş, atmosfer baxımından. O cür oyunlardan sonra Premyer Liqa matçlarına köklənmək çətin olmur?

- Təbii ki, çoxsaylı azarkeşlər qarşısında oynamaq istənilən futbolçu üçün əlavə gücdü. Fanatlarımız bizə çox kömək edirlər. Çempionat oyununa az azarkeşin gəlməsini problemə çevirmirik. Meydana çıxandan sonra hər şeyi unutmalıyıq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30