28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Robert Prosineçi: “Belə oyuna görə Bakıdan Zaqatalaya gəlməyə dəyərdi” (Müsahibə)

Milli komandamızın baş məşqçisi postuna əsas namizəd olan Robert Prosineçki Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində keçirilən “Simurq” - “Qarabağ” matçından sonra Futbolxeber.az saytının əməkdaşının suallarını cavablandırıb:

- Canlı olaraq izlədiyiniz qarşılaşma haqda nə deyə bilərsiniz?

- Çox maraqlı oyun izlədik. Komandalar meydanda çox hərəkətli idilər. Sürətli qarşılaşma idi. Belə oyuna görə Bakıdan bura 6 saatlıq yol qət etməyə dəyərdi. Bol qollu bir qarşılaşma oldu. Özüm üçün də bəzi vacib nəticələr çıxardım. Çox şadam ki, oyunu stadiondan canlı izlədim.

- Özünüz üçün hansı nəticələri çıxardınız?

- Müəyyən qeydiyyatlar apardım. Son 4 gündə ikinci dəfədir ki, “Qarabağ”ın oyununu izləyirəm. Fransadakı matçla müqayisədə bu dəfə “Qarabağ”ın heyətində müəyyən dəyişikliklər var idi. Əvvəldə oyunlarını tapa bilmirdilər. Amma sonradan komanda daha yaxşı çıxış etdi.

- Bu dəfə “Qarabağ”ın heyətində daha çox yerli futbolçu var idi. Onlardan hansınısa diqqətinizi çəkdi?

- Fərdi olaraq adlar çəkmək istəməzdim. Bu gün “Qarabağ”da bütün heyət üzvləri yaxşı çıxış etdilər.

- Vüqar Nadirov “Qarabağ”ın izlədiyiniz hər iki oyununda yaxşı təsir bağışlayıb. Onun sizin tərəfdən milliyə dəvət alacağını gözləmək olar?

- Vüqar maraqlı oyunçudu. “Sent Etyen”lə matçda yaxşı təsir bağışladı. Bu gün də 20-25 dəqiqə meydanda oldu. Gəlin, tələsməyək. Hələ həftənin axırına kimi buradayam.

- Artıq Azərbaycan çempionatında 4 oyuna canlı olaraq tamaşa etmisiz. Çmepionatımızla bağlı ümumi fikriniz necədir?

- Çempionatın səviyyəsini müsbət dəyərləndirərdim. Daha əvvəl “Xəzər Lənkəran” - “Neftçi” oyununa, dünən 2, bu gün də daha 1 matça baxdım. İndiyə kimi gördüklərimdən razıyam.

- Sizdən əvvəl millimizi çalışdıran Berti Foqtsun mətbuatla münasibəti çox da yaxşı deyildi. Sizinlə bu baxımdan hələ ki problem yaşamırıq. Bu, müqavilə imzalanana kimidir, yoxsa gələcəkdə də mətbuata qarşı belə münasibət bəsləyəcəksiniz?

- Yox, bu baxımdan problem olmayacaq. Mən mətbuatla hər zaman yaxşı münasibətdə olacağam. Udanda da, uduzanda da.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31