24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Cavid Hüseynov: “Bəhanə gətirmirəm, amma vəziyyətimiz yaxşı deyil” (Müsahibə)

“Qəbələ”nin üzvü Cavid Hüseynov “Neftçi” ilə oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- Qarşılaşma haqda nə deyə bilərsən?

- Çətin oyun olacağını bilirdik. Neçə turdu xal itirik, ötən tur isə ümumiyyətlə evdə uduzduq. Həmin yenilgidən sonra toparlanmaq çətin idi. Amma “Neftçi” ilə oyunda işimizin 50 faiz öhdəsindən gəldik. Qələbə qazanmağa çalışırdıq. Şanslarımız da oldu. Amma alınmadı, istəyimizə çata bilmədik.

- Alınmayan nədir?

- Yalnız qol, vəssəlam.

- Yaxşı, onda belə deyək, qol vurmaq üçün nə çatışmadı?

- Deyərdim, şanssızlıqla üzləşdik. Oyunun əvvəlində mən fərqlənə bilərdim. Amma zərbəm dirəkdən döndü. Düzdür, yaxşı zərbə endirə bilmədim. Ardınca qapıçı gözəl oynadı. İkinci hissədə də Ekiqo qapıçıyla təkbətək çıxsa da, şansını dəyərləndirə bilmədi.

- İkinci hissədə sanki aqressiv idin. Komanda yoldaşların ötürmələrlə səni təmin etmirdi, yoxsa...?

- Komandamız təzədir, hələ 100 faiz bir-birimizi başa düşmürük. İstəyirsən ötürmələrlə oynayasan, amma alınmır. Lazımı nəticə əldə olunmayanda adam bir az aqressivləşir. İndi növbəti oyunlar haqda düşünməliyik. İnanıram ki, tezliklə vəziyyət düzələcək.

- Turlar bir-birini əvəz edir, “Qəbələ” isə ardıcıl xallar itirir. Komanda toparlananda yüksək yerlə uğrunda mübarizə aparmaq gec olmayacaq?

- Onsuz da hər oyunda nəticəyə oynamaq lazımdı. Yaxşı və ya pis oynamaq şərt deyil. Əsas odur ki, nəticə qazanasan. Biz yaxşı oynasaq da, nəticə qazana bilmirik. Ancaq oyun varsa, asta-asta nəticə də gələcək.

- 1 aydan sonra çempionatda ikinci dövrə başa çatacaq. Amma sən hələ də “yeni komandayıq” deyirsən...

- Nə deyim...

- Eyni sözü baş məşqçi də deyir, komanda yoldaşların da. Düşünmürsən ki, bu, bəhanədir?

- Yox, bəhanə niyə ki? Vəziyyətimiz necədirsə, onu da deyirik. Həqiqətən də vəziyyətimiz yaxşı deyil. Oyunlardan sonra baş məşqçimiz statistik göstəriciləri bizə deyir. Halbuki bir çox komponentdə rəqibləri üstələyirik. Amma heç cür nəticə qazana bilmirik.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30