29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Vüqar Nadirov: “Hakim epizoda yaxın idi, əllə oynasaydım, görərdi” (Müsahibə)

“Qarabağ”ın hücumçusu Vüqar Nadirov “Sent Etyen”lə oyundan sonra Futbolxeber.az saytının Fransaya ezam olunmuş əməkdaşına müsahibə verib.

- “Sent Etyen”ə qarşı baş tutan qarşılaşma haqda nə deyə bilərsən?

- Oyunun çətin keçəcəyini əvvəldən də bilirdik. Elə də alındı. Buna baxmayaraq, bütün gücümüzü meydanda qoyub, 1 xal qazandıq.  

- "İnter" "Dnepr"i məğlub etməklə “Qarabağ”a gözəl şans yaratdı...

- Milandakı matçın nəticəsindən xəbərdaram. Amma tələsmək lazım deyil. Səbrli olmalıyıq. İndi bizi çempionatı oyunları gözləyir. “İnter”lə matça hələ var. Hazırda bu haqda düşünmürük.

- Əvvəldən "Qarabağ"ın sona bir tur qalmış qrupunda ikinci yerdə qərarlaşacağını gözləyirdiniz?

- Təbii ki, arzularımız böyük idi. Komandada hər kəs bir-birinə güvənir.

- Rəqib fərqləndiyiniz epizodda əllə topa toxunduğunuzu əsas gətirərək, hakimə etiraz etdi. Həmin epizod barədə nə deyə bilərsiniz?

- Mən həmin anda əllə oynamamışam. Kənardan elə görünə bilər. Lakin topu çiynimlə qəbul etdim. Hakim epizoda yaxın idi, əllə oynasaydım, dərhal görərdi.

- “İnter”in qrupda birinciliyi təmin etməsi “Qarabağ”ın şansı asanlaşdırır?

- Belə şeylərlə özümüzü aldatmamalıyıq. İlk növbədə oyunumuz haqda düşünməli və maksimum nəticə qazanmağa çalışmalıyıq.

- Epizodların birində “Sent Etyen”in baş məşqçisi Kristof Qaltye sizə etiraz etdi. O epizodda nə baş vermişdi?

- O elə düşündü ki, vaxt aparıram. Lakin belə deyildi. Həmin epizodda həqiqətən də zədələnmişdim. Ayağımda ağrı var idi və buna görə də yerdə qalmışdım.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31