24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Sent Etyen” - “Qarabağ”: oyunsonrası mətbuat konfransında qalmaqal

Avroliqanın beşinci turu çərçivəsində keçirilən “Sent Eyten” - “Qarabağ” oyunundan sonra baş tutan mətbuat konfransında qalmaqal yaşanıb. Futbolxeber.az-ın Fransaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, yerli jurnalistlərdən birinin “Sent Etyen”in çalışdırıcısı Kristof Qaltyeyə verdiyi sual məşqçinin xoşuna gəlməyib. Tərəflər arasında mübahisə yaşanıb. Həmin azərbaycanlı jurnalsitlərə tərcümə olunmayıb. Lakin Futbolxeber.az-ın əməkdaşı sonradan məsələnin mahiyyətini öyrənib. Bəlli olub ki, Qaltyeyə verilən sual bu gün məhkəmə tərəfindən 1 aylıq həbs cəzasına layiq görülən “Bastiya”nın hücumçusu Brandao ilə bağlı olub. Bu sualın Qaltyeyə verilməsi də səbəbsiz deyil. Çünki braziliyalı forvard son 2 ili məhz “Sent Etyen”də keçirib. Qaltyenin jurnalistə cavabı isə belə olub: “Öz işinizlə məşğul olun”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30