24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Araz Naxçıvan”: “Azərbaycan futbolunda hakim haqsızlığı olmayanda, çempionatda oynayarıq”

"Araz-Naxçıvan" yenidən toplanıb. Futbolxeber.az-ın məlumatına görə, klubun rəsmi saytına yer alan xəbərdə komandanın bu yerli futbolçularla bir araya gəldiyi qeyd olunub. Həmçinin komandanın çempionatdan imtinasının səbəblərinin hakim ədalətsizliyi olduöu növbəti dəfə qeyd olunub:

- Məlum olduğu kimi, "Araz-Naxçıvan" PFK 3 həftə öncə Azərbaycan çempionatında oynamaqdan imtina edərək Peşəkar Futbol Liqasına rəsmi olaraq müraciət etmişdi. PFL bu müraciətə baxaraq, komandamızın çempionatda oynamaqdan imtina etməsini təsdiq etmiş və klubun futbolçularına azad agent statusu verilmişdir. "Araz-Naxçıvan"ın çempionatdan imtina etməsinin səbəbi isə keçirdiyimiz oyunlarda hakimlərin komandamıza qarşı qərəzli mövqeyi idi. Bu barədə klub rəhbərliyi aidiyyatı quruma bir neçə dəfə müraciət etsə də, buna səthi yanaşıldı və klub 11-ci turdan sonra çempionatdan imtina etdiyini rəsmi olaraq bəyan etdi.

Çempionatdan imtina etməsinə baxmayaraq, "Araz-Naxçıvan" fəaliyyətini dayandırmadı. Düzdür, bəzi mətbu orqanlar klubun çempionatda fəaliyyətini dayanadırmasını bəzi məqamlarla əlaqələndirdilər ki, bunlar həqiqəti əks etdirmir. Muxtar respublika təmsilçisi yalnız Topaz Premyer Liqasında oynamaqdan imtina edib və fəaliyyətini Naxçıvan Muxtar Respublika birinciliyində davam etdirəcək. Nə zaman ki, Azərbaycan futbolunda hakim haqsızlığı olmayacaq, o zaman klub rəsmi olaraq çempionatda oynamaq üçün müraciət edəcək.

Çempionatda oynamaqdan imtina edən "Araz-Naxçıvan" bu gündən etibarən bir araya toplaşıb və seçimlərə start verib. Məqsəd isə qarşıdakı illərdə yalnız naxçıvanlı futbolçulardan ibarət komanda formalaşdırmaq və muxtar respublikada uşaq futbolunun inkişafına təkan verməkdir.

Artıq bu gün komanda Naxçıvan Muxtar Respublika Stadionunda ilk məşqinə çıxıb. Seçimlərdə isə Naxçıvanın daxili birinciliyində çıxış edən komandaların heyətlərindən seçilən oyunçular iştirak edib. 10 günə yaxın davam edəcək ilk seçimlərdə 1992-2000-ci il təvəllüdlü futbolçular qüvvələrini sınayır. Bu seçimlərdə məşqçilər tərəfindən müsbət rəy alacaq futbolçular dekabrın son həftəsində yenidən bir araya gələcəklə və məşqlərə davam edəcəklər.

Bu müddət ərzində - daha dəqiq desək, 4-10 dekabr tarixlərində isə seçimlər 2000-2007-ci il təvəllüdlü futbolçular arasında aparılacaq və seçilən uşaqlar fevral ayında fəaliyyətə başlayacaq "Araz-Naxçıvan" futbol məktəbinə dəvət olunacaqlar.

Yenidən formalaşan "Aaz-Naxçıvan" fevral ayının sonlarında başlayacaq Naxçıvan Muxtar Respublika birinciliyinə, həmçinin Naxçıvan Kubokunda iştirak edəcək. Bu müddətə kimi isə komandamızın yoldaşlıq oyunları keçirəcəyi gözlənilir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30