18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Qurban Qurbanov: “Sabahkı matç bizim üçün “Dnepr”lə oyundan daha rahat olacaq”

Sabah Avroliqanın qrup mərhələsinin beşinci turu çərçivəsində səfərdə “Sent Etyen”in qonağı olacaq “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün oyunöncəsi mətbuat konfransı keçirib. Futbolxeber.az-ın Fransaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, Qurbanov ilk öncə oyun haqda fikirlərini açıqlayıb: “Son 2 oyunumuzdan biridir. Hər komandanın 2-ci yeri tutmaq şansı var. Düşünürəm ki, sabah bizi ağır oyun gözləyir. Komplektləşmiş komandaya qarşı oynayacağıq”.

Qurbanov rəqibin sabah Bakıdakından fərqli çıxış edəcəyini bildirib: “Bir oyunçuları zədəli olsa da, güclü rəqiblə üz-üzə gələcəyik. Düşünə bilərik ki, bu gün üstünlük rəqib tərəfdədir. Çünki doğma meydanda oynayacaqlar. Onlar Bakıdakı oyundan daha fərqli, daha aqressiv olacaqlar. Biz onlara istədikləri kimi oynamağa imkan verməməliliyik. Sabahkı oyunda həddindən artıq intizamlı olmağa çalışacağıq”.

“Qarabağ”ın çalışdırıcısı itkilər haqda bunları deyib: “Hər biri bizim üçü önəmli oyunçudur. Əfsuslar olsun ki, bəzi oyunçularımız zədəlidir və bu, bizə mane ola bilər. Amma bunu böyük problem kimi qeyd etsək, əlavə problem yaranar. Motivasiyanı daha da çoxaltmalıyıq. Futbolda heç kim zədədən sığortalanmayıb. Düşünmürəm ki, zədələr hazırlıqla bağlıdır. Bu, bütün dünyada var. Maksim, İlqar, Dias və Reynaldonun zədəsinin bunlarla bağlılığı yoxdur”.

Qurbanov sabahkı matçın “Dnepr”lə oyundan asan keçəcəyini bildirib: “Həqiqətən də “Dnepr”lə oyunun “Sent-Etyen”lə matçdan daha çətin olacağını demişdim. Belə də oldu, o matç çətin keçdi. Düşünürəm ki, bu matç bizim üçün daha rahat olacaq və həmin stress burda olmayacaq. Sadəcə, fikirləşmədiyimiz halda Reynaldo zədələndi, Diasın zədəsi sağalmadı”.

 

 

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30