20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi 3 klubdan təklif alıb

“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Qalin İvanov 3 klubdan təklif alıb. Futbolxeber.az-ın məlumatına görə, 26 yaşlı futbolçunu Türkiyə PTT 1-ci liqasından 2 klub heyətində görmək istəyir.

Onların artıq İvanova rəsmi təklif də göndərildiyi də bildirilir. Klubların adı açıqlanmasa da, tərəflər arasında danışıqlar getdiyi istisna olunmur.

Bununla yanaşı, bolqarıstanlı peşəkar karyerasına başladığı Sofiya “Levski”si də sabiq futbolçusunu geri qaytarmaq niyyətindədi. Onlar da yarımmüdafiəçiyə bununla bağlı müraciət ediblər.

İvanov isə “Xəzər Lənkəran”la 2015-ci ilin iyul ayına qədər müqaviləsi olduğu üçün təkliflərə heç bir cavab verməyib. Amma bolqar həmkarlarımızın yazdığına görə, əgər yarımmüdafiəçini heyətində görmək istəyən klublar onun transfer məbləğini ödəsə, Qalin “Xəzər Lənkəran”dan ayrıla bilər.

Qeyd edək ki, İvanov yay “transfer pəncərəsi”ndə cənub klubuna keçib. O, “ağ-yaşıllar”ın heyətində meydana çıxdığı 13 oyunda 3 qola imza atıb (apasport.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30