29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

Saşa Stamenkoviç: “Bu oyunu heç Kollina da yüksək səviyyədə idərə edə bilməzdi” (Müsahibə)

“Neftçi”nin qapıçısı Saşa Stamenkoviç Futbolxeber.az saytına müsahibə verib.

- “Xəzər Lənkəran”a qarşı baş tutan oyun barədə nə deyə bilərsən?

- Çox çətin oyun keçdi. Hər iki komanda qələbə qazanmaq istəyirdi. Bu oyunu ötən mövsüm Lənkəranda baş tutan qarşılaşmaya bənzətmək olar. Demək olar ki, həmin oyunun təkrarı oldu. Yalnız bu dəfə sonda yenilgidən qaçan tərəf rəqib yox, biz olduq.

- Çoxları baş hakimin idarəçiliyini tənqid edir. Sən bu haqda nə deyə bilərsən?

- Hakimin işi o qədər çox idi ki, bu haqda nəsə demək də asan deyil. Mənə elə gəlir ki, bu oyunun hakimi Kollina olsaydı, o belə görüşü yüksək səviyyədə idarə edə bilməzdi. Hakimin müəyyən səhvləri oldu. Özü də hər iki tərəfə qarşı.

- Göstərilən qırmızı vərəqələri düzgün hesab edirsən?

- Məncə, qırmızı vərəqələrdə hakim haqlıydı.

- Oyunun nəticəsini ədalətli hesab etmək olar?

- Olar. Hər iki tərəf qələbə üçün vuruşdu. Amma biz sonda qol vuraraq, 1 xal qazandıq. Bu xala görə sevinə bilərik. Çünki oyunun gedişatı “Xəzər Lənkəran”ın qələbəsindən xəbər verirdi. “Xəzər Lənkəran”la oyunlarda bizim üçün uduzmamaq çox vacibdir. Bu dəfəki matçda da xarakter nümayiş etdirdik.

- Ardıcıl xal itkiləri “Neftçi”nin çempionluq mübarizəsindən qopmasına gətirib çıxarmayacaq ki?

- Mövsüm uzundur. Hələ qarşıda çox oyun var və bu matçlarda çox komandalar xal itirəcək. Hazırda Premyer Liqada gərgin mübarizə gedir və hansısa komandanın qələbəsini proqnozlaşdırmaq çətindir.

- Sabiq baş məşqçin Robert Prosineçki milli komandamızı çalışdırmağa çox yaxındır. Mümkün təyinata münasibətin necədir?

- Prosineçkinin necə biri olduğunu bilirəm. Hesab edirəm ki, bu, əla və çox düzgün seçimdir. O, ilk növbədə nizam-intizama fikir verir. Futbolçu kimi zəngin karyeraya malikdir. Məşqçi kimi də uğurlar qazanacağına zərrə qədər də şübhə etmirəm. Çox gözəl mütəxəssisdi. Ona uğurlar arzulayıram. İnanıram ki, Azərbaycan millisinə faydalı olacaq. Artıq ilk oyundan sonra ona “çox sağ ol” deyəcəksiniz. Prosineçkiyə bütün Avropa hörmət edir.

- Amma gəl, etiraf edək ki, məşqçi kimi hələ ciddi uğur qazana bilməyib...

- Futbolda uğur qazanmaq üçün bir çox amillər vacibdir. İlk növbədə istədiyin kimi çalışmaq üçün yaxşı şərait mühüm əhəmiyyət kəsb edir. Yaxşı futbolçulara sahib olmalısan, eləcə də bəxt bəzi hallarda sənin tərəfində olmalıdır. Jurnalistlər də məşqçiyə dəstək verməlidirlər. Artıq görürəm ki, bəzi media nümayəndələri bu təyinatı narazılıqla qarşılayırlar. Halbuki ona inanmaq, dəstək vermək lazımdır.

- Qeyd etdin ki, Prosineçki nizam-intizama böyük diqqət ayırır. Amma bizim bəzi futbolçular bu cür məşqçiləri sevmilər. Səncə, bu məqam Prosineçkinin işini çətinləşdirməyəcək?

- Mən uzun illərdi burada çıxış edirəm. Əksər azərbaycanlı futbolçuların xarakterinə bələdəm. Hansısa problemin yaşanacağına inanmıram. Onun işi futbolçuları da razı salacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31