19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Simurq”un kapitanı çılğınlığının səbəbini açıqladı: “Ona görə “Qarabağ”a qarşı oynaya bilməyəcəyəm”

“Bura qələbə qazanmaq üçün gəlmişdik. Çox şadam ki, istəyimizə çatdıq”. Futbolxeber.az saytına verdiyi açıqlamada bu sözləri “Simurq”un kapitanı İlkin Qırtımov deyib.

“Qəbələ” ilə oyun haqda danışan Qırtımov, matçın gərgin alındığını vurğulayıb: “Çox maraqlı və gərgin oyun oldu. Erkən qol vursaq da, bundan sonra rəqib hesabı bərabərləşdirdi. Bundan sonra komandamız da “sına” da bilərdi. Amma sona yaxın toparlanıb, istəyimizə nail olduq”.

“Simurq”un kapitanı sarı vərəqə aldığı epizodda hakimə çılğıncasına etiraz etməsinin səbəbini də açıqlayıb: “Hakimə o cür etiraz etməyim səbəbsiz deyildi. Bu, mənim cari mövsümdə aldığım dördüncü sarı vərəqədir. Bundan sonra cəzalı duruma düşdüm. Halbuki növbəti turda “Qarabağ”a qarşı oynayırıq və həmin görüşdə meydanda olmağı çox istəyirdim. Bununla belə, inanıram ki komanda yoldaşlarım vacib oyunda yoxluğumu hiss etdirməyəcəklər”. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30