23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Simurq”un prezidenti: “Çixradzeyə demişəm ki, heç nə fikirləşmə” (Müsahibə)

“Simurq”un prezidenti Anar Bəkirov “Qəbələ” ilə oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- Komandanız bu gün “Qəbələ” üzərində 3:2 hesablı qələbə qazandı. Qarşılaşma haqda nə deyə bilərsiniz?

- Çox gözəl oyun keçdi. Hər iki tərəf qələbə qazanmaq üçün əlindən gedirdi. Əlavə şanslarımız da oldu. 3 qol vursaq da, daha 5-6 qol epizodumuz da var idi. Amma onları dəyərləndirə bilmədik. “Qəbələ” də yaxşı oynadı. Sona kimi mübarizə apardılar. Məncə, azarkeşlər oyundan zövq aldılar.

- Nəticə baxımından aydındı. Bəs, “Simurq”un sərgilədiyi oyundan razı qaldınız?

- Tam razı qalmadım. Çünki dediyim kimi, bir neçə real qol şansını boşa verdik. Sanki bəzi futbolçulardan bir qədər arxayınçılıq var idi. Amma ümumi götürdükdə, komandadan razıyam.

- Bir neçə oyunda qeydə alınan xal itkisindən sonra “Simurq” son 2 turda güclü rəqiblər üzərində qələbə qazandı. Nə baş verdi ki, komanda toparlana bildi?

- Əslində biz mövsümə yaxşı başlamışdıq. İlk 2 oyunumuzda AZAL və “Xəzər Lənkəran” üzərində gözəl qələbə qazanmışdıq. Amma sonradan müəyyən uğursuzluqlar oldu. Məncə, bu hal bütün komandalarda yaşanır. Qeyri-adi nəsə dəyişməyib. Sadəcə, komanda o uğursuz dönəmi artıq geridə qoyub.

- Qarşıda “Qarabağ”la oyun gəlir. “Simurq” həmin matçda qələbə seriyasını davam etdirə biləcək?

- “Qarabağ” həm son çempion, həm də hazırki liderdi. Çox güclü heyətə sahibdirlər və əla da oyun sərgiləyirlər. Amma biz öz meydanımızda oynayırıq. Üstəlik, doğma azarkeşlərimiz önündə oynayırıq. Azarkeşlərimiz daim bizi dəstəkləyirlər. Bununla belə, stadiona daha çox azarkeşin gəlməsini istərdik. Bu halda onların dəstəyi ilə qələbə qazanmaq şansımız da daha çox olar.

- “Simurq” ard-arda uğursuz oyunlar keçirdiyi zaman mətbuatda Georgi Çixradzenin istefası haqda xəbərlər yayılmışdı. Həqiqətənmi gürcü mütəxəxssislə vidalaşmaq istəyirdiz?

- Belə fikrimiz olmayıb. Hələ “Neftçi” ilə oyundan öncə baş məşqçi ilə söhbətimiz oldu və ona dedim ki, heç nə fikirləşmə. Biz komandadan gözəl, baxımlı, azarkeşlərin zövqünü oxşayacaq oyun gözləyirik. Komanda gözəl oyun sərgiləsə, nəticə də olacaq.

- “Simurq”un cari mövsümdəki məqsədi nədir?

- Biz Zaqatalanı təmsil edirik. Hər bir komanda kimi bizim də məqsədimiz uğurlu nəticələr qazanmaqdı. Komandadan daim gözəl oyun gözləyirik. Avropaya yollanmaq uğrunda mübarizə aparırıq. Heyətimiz bir qədər geniş deyil. Amma qış fasiləsi zamanı bu məsələni həll etməyə, heyəti gücləndirməyə çalışacağıq. İstəyirik ki, “Simurq”u gücləndirə biləcək futbolçuları heyətimizə qataq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30