19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Şahin Diniyev: “Millinin baş məşqçi postuna yalnız əcnəbilərin namizəd olması düzgün deyil”

Futbol üzrə Azərbaycan millisinin sabiq çalışdırıcısı Şahin Diniyev millinin baş məşqçi postuna yalnız əcnəbilərin namizəd kimi müzakirə olunmasına münasibət bildirib. Futbolxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis sportpress.az-a açıqlamasında namizədlər arasında yerli məşqçilərin adının olmasının vacibliyini vurğulayıb: “İlk olaraq qeyd edim ki, namizədlər arasında yerli məşqçilərin adının olması vacibdir. Əks halda bu bizim məşqçilərə qarşı biganəlikdir. Çətin zamanlarda məşqçilərimiz futbolumuzda olub. İndiki dövrdə də onları unutmaq düzgün deyil. Mən özüm haqda danışmıram. Digər həmkarlarımı nəzərdə tuturam. Əcnəbi namizədlərlə yanaşı bizim məşqçilər də müzakirə obyekti olmalıdı. Azərbaycanda kifayət qədər savadlı məşqçilər var. Sadəcə onlara etibar etmək lazımdır”.

Diniyevin fikrincə, əgər yerli məşqçilərə şərait yaradılsa onlar əcnəbi həmkarlarından zəif olmadıqlarını sübut edə bilər: “Ad çəkmək düzgün olmazdı. Amma millidə işləməyə layiq azərbaycanlı məşqçilər var. Onlara inanmaq lazımdır. Bu gün namizədlər arasında yerli məşqçilərin olmaması biganə münasibətin əlamətidir. Yığmada işləməyə savadı çatan məşqçilərimiz var, onlara diqqət etmək gərəkdir. Şərait yaradılsa onlar heç kimdən zəif olmadığını göstərər”.   

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30