24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

"Simurq"un debütantı: “Qalibiyyətin vacibliyini hər kəs kimi, mən də bilirdim”

Azərbaycan Premyer Liqasının XII turunda “Simurq”un yetirməsi Kənan Müslümov əsas komandada debüt etdi. İlk dəfə Premyer Liqa həyəcanı yaşayan gənc müdafiəçi təəssüratlarını klubun rəsmi saytı ilə bölüşüb.

- Kənan, bu mövsüm əvəzedici heyətdən əsas komandaya cəlb olunan futbolçular biri də sən oldun və təlim-məşq toplanışlarında iştirak etdin. İlk öncə bu barədə fikirlərini bilmək istərdik.

- Mənim üçün böyük bir şərəfdir ki, doğma şəhərimin, Zaqatalanın klubunda forma geyinirəm. Bu ayrıca bir qürurdur. Başda prezident, klub rəhbərliyi və məşqçilərim olmaqla hər kəsə təşəkkür edirəm. İnandılar və bu şansı verdilər.

- On bir turdan sonra Premyer Liqada debüt etdin. Oyundan öncə meydana çıxacağına inanırdınmı?

- Hər dəfə ümidlə məşqçinin verəcəyi şansı gözləyirdim. Bu qarşılaşmada isə heç ağlımdan keçmirdi. Çünki oyunun gedişinə baxdıqda, bunun çətin olacağını düşünürdüm. Ancaq çox sağ olsun məşqçilər. İnandılar və özümü göstərmək üçün şans verdilər. Mənsə əlimdən gələni etməyə və komandama kömək etməyə çalışdım.

- Məşqçilər oyuna daxil olmaq üçün hazırlaşmağı tapşıranda hansı hisslər keçirtdin?

- İlk öncə onu qeyd edim ki, mənim üçün ən çox sevindirici amil premyer liqada ilk oynuma Zaqatalada, azarkeşlərimiz önündə meydana çıxmağım oldu. Məşqçilər çağıranda çox həyəcanlandım. Lakin meydana daxil olan vaxt bütün hisslər yox oldu. Ancaq oyun haqqında fikirləşdim. Çünki bu görüşdə qalibiyyətin vacibliyini hər kəs kimi, mən də bilirdim.

- Premyer liqa fərqini hiss edə bildinmi?

- Əlbəttə sürət, oyunçuların təcrübəsi baxımından hər şey çox fərqli idi. Bunu hiss etməmək qeyri-mümkündür.

- Bunun davamlı olması üçün səncə hansı cəhətlər səndə çatmır? 

- Davamlı olmasını çox istəyirəm. Oynamaq üçün hər şey məşqlərdən başlayır. Bunun üçündə hazırlıqlarda tam gücümlə çalışıram. İnanıram ki, məşqçinin tapşırıqlarını daha yaxşı şəkildə yerinə yetirib, mənə daha çox şans verməsi üçün inamını artıracam. İlk oyunda ən çox hiss olunan cəhətim təbii ki, təcrübəsizliyim idi. 

- Oyundan sonra baş məşqçilə söhbətin oldumu?

- Paltardəyişmə otağında hamı kimi, məni də təbrik etdi. Ancaq oyunumla bağlı hələ fikirlərini bildirməyib.

- Yaxınlarının, azarkeşlərimizin ilk oyununla bağlı fikirləri nə oldu?

- Azarkeşlərimizə çox sağ ol demək istəyirəm. Meydana daxil olan zaman onların dəstəyini görəndə özümə inamım daha da artdı. Yaxınlarım buna görə çox sevindilər, təbrik etdilər, davamlı olmasını arzuladılar. Xüsusən əvəzedici heyətimizin məşqçilərini qeyd edərdim. Bu onların zəhmətinin bəhrəsi idi.

- Bir gün sonra bizi daha bir iddialı rəqiblə görüş gözləyir. Bu oyun haqqında nə düşünürsən?

- “Neftçi” ilə çətin oyundan sonra bizi daha bir ağır oyun gözləyir. Artıq biz qalibiyyəti unudub, bu qarşılaşma haqqında fikirləşirik. Özümüzə inanırıq. Allahın köməyilə Qəbələ səfərindəndə üç xalla qayıdarıq.

- Səncə qış fasiləsinə qədər komandamız qarşısına qoyduğu məqsədə çatmaq üçün turnir cədvəlində özünü toparlaya biləcəkmi?

- Komandamızda əhval-ruhiyyə yüksək səviyyədədir. Oyunlara lazımı səviyyədə hazırlaşırıq. Qarşıdakı matçlarda ötən qarşılaşmalarda itirdiyimiz xalları təlafi etmək üçün əlimizdən gələni edəcəyik.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30