20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Böyükağa Hacıyev: “Hafiz Məmmədov istəsə, “Bakı”da pulsuz işləməyə hazıram”

“Neftçi” klubunun sabiq baş məşqçisi Böyükağa Hacıyev paytaxtın digər komandası “Bakı”ya kömək etməyə hazır olduğunu bildirib. Futbolxeber.az-ın məlumatına görə, Hacıyev Sportpress.az-a açıqlamasında “Bakı” klubuna çətin durumda dəstək ola biləcəyini qeyd edib: “Vaxtı ilə “Bakı” klubunda çalışmışam. Bu komandayla Azərbaycan çempionu olmuşam. O zaman klubun prezidenti Hafiz Məmmədovun futbolu necə sevdiyini görmüşəm. Bu insanın sayəsində İspaniyanın “Atletiko” klubu meydana üzərində “Odlar Yurdu. Azərbaycan” yazılan formalarda çıxır. Fransada “Lans” klubu köynəklərində ölkəmizi təbliğ edir. Hafiz Məmmədov futbolumuzun inkişafına dəstək olub. Onu tanıyanlar Məmmədovun necə xeyirxah insan olduğunu bilir. Bu yaxşılıqları unuda bilmərəm. Komandanın çətin vəziyyətdə olması mənə də pis təsir edir. İnanıram ki, tez bir zamanda azarkeşlər əvvəlki “Bakı”nı izləyəcək. Komanda əvvəlki kimi azarkeşləri qələbələrlə sevindirəcək. Hazırda heç bir klubda çalışmadığımdan “Bakı”ya kömək etməyə hazıram. Əgər Hafiz Məmmədov istəsə “Bakı”da pulsuz işləməyə hazıram. Təmənnasız olaraq komandaya yardımçı ola bilərəm. O mənə çox yaxşılıq edib, onun əvəzini verməyə çalışaram”.

Qeyd edək ki, Böyükağa Hacıyev baş məşqçi olduğu vaxtda “Bakı” ilə Azərbaycan çempionluğu sevinci yaşayıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30