25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

Azərbaycan Premyer Liqasında mövsümün rekordu qeydə alındı

Azərbaycan Premyer Liqasının XII turu məhsuldar alınıb. Futbolxeber.az-ın məlumatına görə, baş tutan 4 qarşılaşmada qapılara 17 qol vurulub. AZAL - “Qəbələ” (3:3) və “Bakı” - “Qarabağ” (2:4) görüşlərinin hərəsində 6, “İnter” - “Xəzər Lənkəran” (3:1) matçında 4 top qeydə alınıb. “Simurq” - “Neftçi” oyunu 1 qolla başa çatıb - 1:0. Sonuncular qol vurmayan yeganə komanda olub.

XII turda orta məhsuldarlıq 4,25-ə bərabər olub. Bu isə mövsümün mütləq rekordudur. Son 11 mövsümə - 2004-2014-cü illərdəki çempionat oyunlarına nəzər salsaq, indiki göstərici 2-cidir. Maraqlıdır ki, ən yüksək göstərici də XII tura təsadüf edib. 2013/14 mövsümünün XII turunda 5 oyuna 22 qol vurulmuşdu. Həmin vaxt məhsuldarlıq 4,40-a bərabər olub. Bu oyunlar 2013-cü il noyabrın 1-3-də baş tutub. Həmin turda “Bakı” - “Simurq” (3:2), “İnter” - “Rəvan” (3:2), “Neftçi” - “Xəzər Lənkəran” (4:1), “Sumqayıt” - AZAL (0:0) və “Qarabağ” - “Qəbələ” (4:3) qarşılaşmaları keçirilib.


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30