28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Neftçi" hakimlərə etiraz edir

“Neftçi” klubu “Simurq”la görüşün hakimlərindən narazıdır. Futbolxeber.az-ın məlumatına görə, bununla bağlı klubun rəsmi saytından xəbər yer alıb:

Azərbaycan  Premyer Liqasının 12-ci turu çərçivəsində keçirilmiş “Simurq” - “Neftçi” oyunu qərəzli hakim idarəçiliyi ilə yadda qalıb. “Neftçi” PFK Fariz Yusifovun başçılıq etdiyi hakimlər briqadasının matçın nəticəsinə birbaşa təsir göstərən qərarlarına etirazını bildirir. Qərəz doğuran epizodları təqdim edirik.

1-ci epizod: Rəqib futbolçu “Neftçi”nin cərimə meydançasına özünü yerə atır. Bu epizodda qapıçı Emil Balayev rəqib futbolçuya toxunmasa da, baş hakim Fariz Yusifov 11 metrlik nöqtəni göstərir və qapıçını sarı vərəqə ilə cəzalandırır. Nəticədə “Simurq” klubu matçın nəticəsini müəyyənləşdirən qolu vurur.

2-ci epizod: Bu epizodda rəqib futbolçu cərimə meydançası daxilində Flavinyonu güləş fəndi ilə aşkar şəkildə tutub yıxsa da, baş hakim Fariz Yusifov qayda pozuntusunu qeydə almır.

3-cü epizod: Rəqib futbolçu Samir Zərgərov “Neftçi”nin müdafiəçisi Məqsəd İsayevin qarşısını aşkar kobudluqla alır. Açıq ayaqla sürüşmə fəndi yerinə yetirən  rəqibin bu hərəkəti cəzasız qalır. Bu epizodda ağır zədə alan Məqsəd İsayev meydançanı xərəkdə tərk edir və “Neftçi”nin heyətində məcburi əvəzetmə edilir.

4-cü epizod: “Neftçi”nin hücumu zamanı rəqib futbolçu cərimə meydançası daxilində voleybolsayağı əllə oynasa da, Fariz Yusifov “Simurq” klubunun qapısına penalti təyin etmir. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31