29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Ölkə futbolu

AZAL - “Qəbələ” matçında mövsümün ilki yaşandı

Azərbaycan Premyer Liqasının XII turunda keçirilən AZAL - “Qəbələ” qarşılaşması məhsuldar heç-heçə ilə başa çatıb - 3:3. Futbolxeber.az-ın məlumatına görə, 3 və daha artıq qol vuran komandaların heç-heçə etməsinə isə cari mövsümdə ilk dəfə təsadüf olunub. Azərbaycan çempionatları tarixində 11-ci dəfədir ki, 6 və daha çox olun vurulduğu matç heç-heçə nəticələnir. Belə ki, bunadək 10 dəfə belə hal yaşanmışdı. Mütləq rekord isə 1998/99 mövsümündə 12 qollu “Viləş” (Masallı) - “Turan” (Tovuz) qarşılaşmasına məxsusdur - 6:6. Bir dəfə 4:4, doqquz dəfə 3:3 hesabı yaşanıb.

Maraqlıdır ki, sonuncu belə hadisə də AZAL-ın iştirakı ilə baş tutub. 5 il öncə “Olimpik-Şüvəlan” adını daşıyan bakılılar “Turan”la ev oyununda 3 qol vurub, 1 xal qazanıb.

21.05.1995

Bakı fəhləsi (Maştağa) - İnşaatçı (Bakı)

3:3

01.06.1992

Kürmük (Qax) - Kəpəz (Gəncə)

4:4

26.02.1995

Xəzər (Sumqayıt) - Pambıqçı (Neftçala)

3:3

02.08.1995

Turan (Tovuz) - Kəpəz (Gəncə)

3:3

25.04.1999

Viləş (Masallı) - Turan (Tovuz)

6:6

14.05.2000

Turan (Tovuz) - Şəmkir

3:3

02.08.2003

Bakılı - Dinamo (Bakı)

3:3

28.04.2007

Karvan (Yevlax) - Gilan (Qəbələ)

3:3

20.04.2008

Bakı - Karvan (Yevlax)

3:3

27.09.2009

Olimpik-Şüvəlan (Bakı) - Turan (Tovuz)

3:3

20.11.2014

AZAL – Qəbələ

3:3

 


pfl.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31