26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Junior Nildo: “Bundan kim itirdi? Təbii ki, Azərbaycan futbolu” (Müsahibə)

“İnter”in hücumçusu Junior Nildo “Xəzər Lənkəran”la oyundan sonra Futbolxeber.az saytına müsahibə verib.

- “Xəzər Lənkəran”la oyun barədə nə deyə bilərsən?

- Meydanda çox yaxşı mübarizə apardıq. Komandamız əla oynadı. Xüsusən də matçın əvvəlində çox sürətli idik. Bu da səbəbsiz deyildi. Çünki oyuna çox ciddi hazırlaşmışdıq. Məşqlərdə səylə çalışırdıq. Baş məşqçimiz də bizimlə ciddi söhbətlər aparmışdı. 3 xalın vacib olduğunu çox gözəl bilirdik.

- Oyunda hesabı sən açdın...

- Təbii ki, ard-arda qolsuz oyunlardan sonra bizim üçün ilk qolu vurmaq çox vacib idi. Bunu reallaşdırdığım üçün çox şadam.

- Ola bilərmi ki, meydandakı fəallığına səbəb rəqibin məhz “Xəzər Lənkəran” olması idi? Axı, sabiq klubuna qarşı oynayırdın.

- Yox, bunun heç bir rol yox idi. Mənim “Xəzər Lənkəran”da çox yaxşı vaxtlarım olub. Bu kluba, azarkeşlərə, rəhbərliyə böyük hörmətim var. Orada bəzi işlər qaydasında getmədi, buna görə də komandadan ayrıldım. İndi “İnter”in futbolçusuyam və məni yalnız bu komandanın uğurları maraqlandırır. Məşqlərdə böyük həvəslə çalışıram. Addım-addım da formamı yaxşılaşdırıram.

- “İnter”in 383 dəqiqə qol vura bilməməsinin səbəbi nə idi?

- Heç bir problem yox idi. Sadəcə, alınmırdı. Həmin oyunda üz-üz gəldiyimiz rəqiblərə hörmət edirəm. Amma əvvəlki matçlarda da qələbəyə layiq idik. Sadəcə, futbolda bəxt böyük rol oynayır.

- Demək olarmı ki, “İnter” bu problemi artıq geridə qoydu?

- Nəsə demək mümkün deyil. Çünki futbolda hər şey mümkündür. Bunu qarşıdakı oyunlar göstərəcək.

- Tezliklə “İnter”ə yeni hücumçu qolşulacaq. Bu məqam səni narahat etmir?

- Yox, heç nədən narahat deyiləm. Əksinə, ona nə lazımdırsa, kömək etməyə hazıram. Hamımızın məqsədi “İnter”ə uğur qazanmaqdı. Mənim üçün heyətə düşmək və ya rəqabət aparmaq heç vaxt problem olmayıb.

-“Araz Naxçıvan”ın çempionatdan çıxmasını necə qarşıladın?

- Bundan kim itirdi? Azərbaycan futbolu. Təbii ki, “Araz Naxçıvan”ın hansı səbəbdən belə bir addım atmasını bilmirəm. Komanda belə qərar qəbul edib. Bizim fikrimiz heç nəyi dəyişməyəcək. Amma yenə deyirəm ki, bundan itirən Azərbaycan futbol oldu. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30