19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

"Qəbələ" - çempion!

 

Öncə U-11 Liqasının ilkin regional çempionatında, daha sonra isə final mərhələsində uğurlu çıxışla yadda qalan "Qəbələ"nin 11 yaşa qədər futbolçulardan ibarət komandası bu gün liqanın yekun - final oyununa çıxıb. Paytaxt təmsilçisi "Neftçi" ilə üz-üzə gələn "qırmızı-qaralar" gərgin və maraqlı mübarizənin sonunda kuboku başı üzərinə qaldırıb. Futbolxeber.az-ın məlumatına görə, matçda hesabı "Neftçi" açıb. Fasiləyə məğlub yollanan Zaur Hacıyevin yetirmələri ikinci hissədə tədricən üstünlüyü ələ keçiriblər. Ardıcıl hücumlar matçın son - 30-cü dəqiqəsində öz bəhrəsini verib. Turxan Quluzadə status kvonu bərpa edib və qarşılaşmanı uzatma dəqiqələrinə daşıyıb. İki 5 dəqiqəlik əlavə hissədə hər iki tərəfin fərqlənmək imkanı olsa da, hesab dəyişməyib. Beləliklə, qalibi müəyyənləşdirmək üçün penalti vuruşlarına keçilib. Həlledici məqamda daha sərrast oynayan "Qəbələ" rəqini 5:3 hesabilə məğlub edib və turnirin qalibi adına sahib çıxıb.
 
Final matçının ardından qaliblərin təltifetmə məraisimi baş tutub. Mükafatçılar sırasına adını yazdırmış komandalara - "Qəbələ", "Neftçi" və "Gəncə"yə kubok və medallar təqdim olunub. "Qırmızı-qaralar"ın üzvü Turxan Quluzadə çempionatın ən yaxşı futbolçusu adına layiq görülüb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30